Türkiyədə yük maşınları minik avtomobilləri ilə toqquşub, 10 nəfər ölüb

Türkiyədə yük maşınları minik avtomobilləri ilə toqquşub, 10 nəfər ölüb

Bu gün Türkiyənin Malatya və Qars əyalətlərində yük maşınları minik avtomobilləri ilə toqquşub. 

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərə görə, Malatyada Kayseri-Malatya yolunda yük maşınının minik avtomobili ilə toqquşması nəticəsində avtomobildə olan 6 nəfər ölüb.

Qarsın Sarıkamış rayonunda isə yük maşınının minik avtomobili ilə toqquşması nəticəsində 4 nəfər ölüb, yük maşınının sürücüsü xəsarət alıb.