Türkiyənin milli döyüş təyyarəsinin ilk uçuşu 2023-cü ilin sonunda baş tutacaq.
Türkiyə KİV bildirir ki, bu barədə Türkiyə Aerokosmik Sənayesi baş direktoru Temel Kotil məlumat verib.
O qeyd edib ki, uçuş 2025-ci ilə planlaşdırılırdı.
"Təyyarə ilə bağlı görülən işlər çox sürətli davam etdi. Bu səbəbdən ilk uçuşu 2025-ci ilə planlaşdırılan Türkiyənin milli döyüş təyyarəsinin ilk uçuşu 2023-cü ilin sonunda baş tutacaq", - deyə o əlavə edib.