Azərbaycanda bank, sığorta və kapital bazarı üzrə yeni qanun layihəsi hazırlanır

Azərbaycanda bank, sığorta və kapital bazarı üzrə yeni qanun layihəsi hazırlanır

Azərbaycanda bank, sığorta və qiymətli kağızlar sektoru üzrə yeni qanun layihələri hazırlanır.

“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının yeni sədri Taleh Kazımov mətbuat konfransında deyib.

O bildirib ki, hazırda qanunvericilik bazası üzərində işlərə başlanılıb. Bütün proseslərdən keçdikdən sonra, həm bank, həm sığorta, həm də digər maliyyə sektoru iştirakçılarına aid olan qanun layihələri təqdim olunacaq.