Vətən müharibəsində iki hərbçimiz itkin düşmüşdü. Hazırda bizə maneə olan əsas amillər mina problemidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov Bakıda keçirilən “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: humanitar tətbiqlər” mövzusunda beynəlxalq konfransda deyib.
Bildirilib ki, İkinci Qarabağ müharibəsindən sonra keçən müddət ərzində isə 181 erməni əsilli şəxs azad edilərək qarşı tərəfə təhvil verilib.
“1992-ci ildən başlayan əməkdaşlıq dövründə BQXK-nın yaxından iştirakı ilə 700-ə yaxın humanitar proses həyata keçirilib”, - deyə İ.Axundov qeyd edib.