Xəzər dənizində daha bir zəlzələ olub - YENİLƏNİB

Xəzər dənizində daha bir zəlzələ olub - YENİLƏNİB

Xəzər dənizində daha bir zəlzələ baş verib.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 13:19-da Xəzər dənizində (Dağıstan ərazisində) zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 3.3, dərinliyi 66 km olub.

xxx

İyulun 18-də saat 10:31-də Xəzər dənizində (Türkmənistan ilə sərhəddə) zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələnin ocağı 63 kilometr dərinlikdə yerləşib, maqnitudası 3,5-ə bərabər olub.