Yaponiyada güclü qar səbəbindən ölənlərin sayı artdı

Yaponiyada güclü qar səbəbindən ölənlərin sayı artdı

Yaponiyanın şimal və qərbində ötən həftə başlayan güclü qar səbəbindən ölənlərin sayı 17 nəfərə çatıb, daha 110 nəfər isə xəsarət alıb.

Niiqata prefekturasında 1000-dək ev bir həftədən çoxdur ki, işıqsızdır.

Qeyd edək ki, dekabrın 17-dən Yaponiyaya güclü qar yağır. Təkcə Yamaqata prefekturasında qarın qalınlığı 169 santimetrə çatıb.