Yeni Zelandiya sahillərində 6,9 bal gücündə zəlzələ olub

Yeni Zelandiya sahillərində 6,9 bal gücündə zəlzələ olub

Sakit okeanda, Yeni Zelandiyanın Kermadek adalarından 79 kilometr cənubda 6,9 bal gücündə zəlzələ olub.

Bu barədə ABŞ-nin Geologiya Xidməti məlumat yayıb. Yerli vaxtla 19:41-də (Bakı vaxtı ilə 10:41) baş verən yeraltı təkanın ocağı yer səthindən 152 kilometr dərinlikdə olub. Avropa Seysmologiya Xidməti isə zəlzələnin gücünün 6,6 bal, ocağın dərinliyinin isə 183 kilometr olduğunu açıqlayıb. ABŞ-ın Sunami Xəbərdarlıq Sistemi zəlzələdən sonra sunami xəbərdarlığı elan etməyib.

Qeyd edək ki, 2019-cu ildə Kermadek adları yaxınlığında baş vermiş 7,2 bal gücündə zəlzələ Yeni Zelandiya sahillərində sunamiyə səbəb olmuşdu.