Yol polisi avtomobil yollarındakı mövcud vəziyyəti açıqlayıb

Yol polisi avtomobil yollarındakı mövcud vəziyyəti açıqlayıb

Baş Dövlət Yol Polisi (DYP) İdarəsi respublikanın avtomobil yollarında mövcud vəziyyətlə bağlı məlumat yayıb.

İdarədən verilən məlumata görə, mövcud vəziyyət aşağıdakı kimidir:

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolu – Qar yağmır, körpülərdə buzlaşma müşahidə olunur, nəqliyyat vasitələrinin hərəkəti üçün məhdudiyyət yoxdur;

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolu – Qar yağmır, nəqliyyat vasitələrinin hərəkəti üçün məhdudiyyət yoxdur;

Ələt-Astara-İran ilə dövlət sərhədi avtomobil yolu – Qar yağmır, nəqliyyat vasitələrinin hərəkəti üçün məhdudiyyət yoxdur;

Bakı-Şamaxı-Yevlax – Qar yağmır, yolun 132-143-cü kilometrliklərdə buzlaşma müşahidə olunur, nəqliyyat vasitələrinin hərəkəti üçün məhdudiyyət yoxdur;

Ağsu aşırımı – Qar yağmır, yolun bəzi hissələrində buzlaşma müşahidə olunur, nəqliyyat vasitələrinin hərəkəti üçün məhdudiyyət yoxdur;

Hacıqabul-Horadiz – Qar yağmır, nəqliyyat vasitələrinin hərəkəti üçün məhdudiyyət yoxdur;

Şəmkir-Gədəbəy – Qar yağmır, yolun bəzi hissələrində buzlaşma müşahidə olunur, nəqliyyat vasitələrinin hərəkəti üçün məhdudiyyət yoxdur;

Gəncə-Daşkəsən – Qar yağmır, buzlaşma müşahidə olunur, nəqliyyat vasitələrinin hərəkəti üçün məhdudiyyət yoxdur;

Muğanlı-İsmayıllı-Şəki – Qar yağmır, yolun 0-40-cı kilometrliklərdə buzlaşma müşahidə olunur, nəqliyyat vasitələrinin hərəkəti üçün məhdudiyyət yoxdur;

Zaqatala-Balakən – Qar yağmır, nəqliyyat vasitələrinin hərəkəti üçün məhdudiyyət yoxdur;

Lənkəran- Lerik – Qar yağmır, nəqliyyat vasitələrinin hərəkəti üçün məhdudiyyət yoxdur;

Masallı-Yardımlı – Qar yağmır, nəqliyyat vasitələrinin hərəkəti üçün məhdudiyyət yoxdur;

Aeroport yolu, Z.Bünyada prospekti – Qar yağmır, nəqliyyat vasitələrinin hərəkəti üçün məhdudiyyət yoxdur;

Nicat