Zəngilan, Füzuli və Cəbrayılın bir sıra kəndlərinin işğaldan azad olunmasından 2 il ötür

Zəngilan, Füzuli və Cəbrayılın bir sıra kəndlərinin işğaldan azad olunmasından 2 il ötür

Oktyabrın 28-i Zəngilan, Füzuli və Cəbrayıl rayonlarının bir sıra kəndlərinin erməni işğalçılarından təmizlənməsindən iki il ötür.

28 oktyabr 2020-ci il tarixdə Prezident İlham Əliyev rəsmi tviter səhifəsində bununla bağlı paylaşımlar edib:

“Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çüllü, Quşçular, Qaraağac, Qubadlının Qiyaslı, Ədilcə, Qılıcan kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”