Hacıqabulda YAP-a üzv qəbul olunmaq üçün müraciət etmiş şəxslərlə görüş keçirilib

Hacıqabul rayonunda Yeni Azərbaycan Partiyasına üzv qəbul olunmaq üçün müraciət etmiş şəxslərlə görüş keçirildi.

YAP Hacıqabul rayon təşkilatının sədri Elnur Əmirəslanov tədbiri giriş sözü ilə açdı və Yeni Azərbaycan Partiyasının cəmiyyətimizdəki böyük nüfuzundan, ölkədə və regionda gedən siyasi proseslərədə partiyamızın rolundan danışdı. Partiya sıralarına üzv olmaq üçün müraciət etmiş şəxsləri təbrik etdi və bundan sonra onların üzərlərində böyük məsuliyyətin olduğunu bildirdi.
Tədbirdə YAP Hacıqabul rayon təşkilatının Təhsil İşçiləri ərazi partiya təşkilatının sədri Bəxtiyar Ələkbərov, rayon təşkilatının məsul işçisi İsmayıl İbrahimov çıxış etdilər.
Tədbirin sonunda bir qrup partiya üzvünə üzvlük vəsiqələri təqdim olundu.