38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Naqif Həmzəyev bu dəfə şəhərin Nərimanov prospekti və Şahsevənlər küçəsinin sakinləri ilə görüşüb.
Deputatlığa namizədin görüşdüyü hər bir seçici ölkəmizin bugünkü inkişafını, siyasi sabitliyini, bütün sahələrdə aparılan islahatları yüksək qiymətləndirib. Onlar bu inkişafın, tərəqqinin davamlılığı üçün hər zaman Prezident İlham Əliyevin ətrafında olacaqlarını bildiriblər.
Seçicilər həmçinin Gəncə şəhərində aparılan abadlıq-quruculuq işlərindən razı qaldıqlarını vurğulayıblar.
Seçicilər seçkilərə “Daha güclü Azərbaycan naminə!” şüarı ilə gedən Yeni Azərbaycan Partiyasının namizədi Naqif Həmzəyevə yenidən səs verəcəklərini bildiriblər.