Qırx dörd günlük müharibə haqqın, ədalətin zəfərin göstəricisi, Lider və Xalq birliyinin təcəssümü, gələcək nəsillər üçün ən sanballı tarix dərsi oldu! Bu yolda Prezident öz xalqına güvənərək səbrlə, əzmlə addımladı. Zəfər tarixini öz canları, qanları ilə yazan şəhidlər Azərbaycan xalqının əbədi qürur mənbəyinə çevrilərək hər bir azərbaycanlının qəlbinə əbədi köçdülər.
Azərbaycan ordusunun qələbələrinə kölgə salan radikal müxalifət ünsürləri – vətən xainləri görünür ki, yalnız ölkəmizin uğursuzluğunu arzulayırlar. Onlar adətləri üzrə yenə də hansı isə neqativ məqamlar axtarmağa, özlərini fərqli göstərmək üçün tənqid etməyə, mənasız, yalan məlumatlarlı qabartmağa üstünlük verirlər. Əli Kərimli Gültəkin Hacıbəyli kimilər onlar kimi düşünməyənlərə, onların ətrafında olmayanlara “satqın” damğası vurmağa vərdiş ediblər
Hər zaman olduğu kimi, çirkin kampaniyanın başında Əli Kərimli dayanır. Bu, həmin Əli Kərimlidir ki, 1992-1993-cü illərdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsinə şərait yaratmış, ölkəni vətəndaş müharibəsi həddinə çatdırmışdı. Həmin illərdə Azərbaycanın igid oğulları Qarabağı düşmən tapdağından azad etmək üçün döyüşə atılarkən xəyanətkar adı qazanan Əli Kərimli Bakıda bəlli ölkələrin kəşfiyyat qurumlarının siyasi sifarişlərini reallaşdırırdı. Əli Kərimli şəxsi və ailə maraqları naminə Azərbaycan dövlətinin və xalqının mənafeyini satmaqla məşğul oldu.
Mən “Vətən müharibəsi” qazisi olaraq əminəm ki, zaman gələcək vətən xainləri satqınçılıq əməllərinə görə bu xalq, bu millət qarşısında cavab verəcəklər.
Sadiq Abbaslı - Tərtər rayon Azadqaraqoyunlu kənd sakini, Vətən Müharibəsi Qazisi