Sevinc Hüseynova: Bu sənəd işğalçı qüvvələrin Azərbaycan ərazisində mövcudluğuna son qoyacaq

Sevinc Hüseynova: Bu sənəd işğalçı qüvvələrin Azərbaycan ərazisində mövcudluğuna son qoyacaq

“Azərbaycan, Rusiya və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair bəyanat tarixi bir sənəddir. Bu sənəd İkinci Qarabağ müharibəsinin Azərbaycanın zəfəri ilə başa çatmasını təsdiq etdi. Bu bəyanatın ən mühüm əhəmiyyəti odur ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Sentyabrın 27-dən Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində yaranmış reallıq nəticəsində Ermənistan kapitulyasiyaya razılıq verərək işğaldan azad edilməyən Azərbaycanın digər ərazilərindən silahlı qüvvələrini çıxarmağa məcbur olub”.
Bu fikirləri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
S.Hüseynova bildirib ki, müharibə başlayandan Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, Ermənistan işğal olunmuş torpaqlardan çıxmaqla bağlı konkret cədvəl təqdim edərsə, Azərbaycan döyüşləri dayandıra bilər: “İmzalanan bu sənəddə artıq belə bir qrafik təqdim olunub. Belə ki, qısa müddətdə Kəlbəcər, Ağdam, Laçın rayonlarından Ermənistanın silahlı qüvvələri çıxarılacaq. Bu sənəd işğalçı qüvvələrin Azərbaycan ərazisində mövcudluğuna son qoyacaq”.
QAŞQAY