12 dekabr 2022-ci il tarixdə Ulu Öndər Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar olaraq YAP Tərtər rayon təşkilatının əməkdaşları və bir qrup YAP fəalı ilə birlikdə Tərtər şəhərinin mərkəzində ucaldılmış Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini ehtiramla yad etmişlər.
Sonra YAP Tərtər rayon təşkilatının əməkdaşları Ulu Öndərin anım günü ilə əlaqədar ağacəkmə aksiyasında iştirak etmişlər. Qeyd edək ki, Tərtər şəhərinin Heydər Əliyev prospekti, Milli Qəhrəman Elman Hüseynov və Nizami Gəncəvi küçələrində keçirilən aksiyada 100 ədəd eldar şamı əkilmişdir.