Nəsimi rayonunda 8 noyabr - Zəfər Günü münasibətilə 2-ci şəhidlər xiyabanında Nəsimi rayon Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunub.
Vətən Müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.
Zəfər günündə Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatının sədri və yerli təşkilatın əməkdaşları və bir qrup Partiya fəalının iştirakı ilə Vətən müharibəsi şəhidilərinin əziz xatirələri dərin hörmət və ehtiramla yad olundu, məzarları üzərinə gül-çiçək dəstələri düzüldü.