Daşkəsən Rayon İcra Hakimiyyəti və YAP Daşkəsən rayon təşkilatının tədbirlər planına uyğun olaraq bu gün, 1 fevral 2023-cü il tarixdə Alunitdağ qəsəbə, Əmirvar, Gurbulaq, Tapan və Qabaqtəpə ərazi partiya təşkilatlarında “Heydər Əliyev İli” ilə bağlı yığıncaqlar keçirildi.
Ümummilli Liderin və torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olan əsgərlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Yığıncaqlarda YAP rayon təşkilatının sədri Meydanəli Yolçiyev, Rayon İcra Hakimiyyəti Aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Orxan Həsənov, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyev və məsul işçi Malik Ələsgərov iştirak etdilər.
Yığıncaqlarda çıxış edənlər davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycanın Heydər Əliyevin həyat amalının təntənəsindən, Ümummilli Liderin həyat yolunun və müstəsna fəaliyyətinin bütün mərhələlərinin bir-birini tamamlamasından, öz xalqına sıx bağlılığından söhbət açdılar
Eyni zamanda Ümummilli Lider Heydər Əliyevin siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Azərbaycan dövləti və xalqı üçün əvəzolunmaz xidmətlərindən, Azərbaycanın əzəli və əbədi torpaqlarının işğaldan azad olunmasından da söhbət açıldı.
Yekunda bir qrup partiya fəalına YAP Daşkəsən rayon təşkilatının Fəxri Fərmanları təqdim olundu.