Bu gün Daşkəsən şəhər ərazi partiya təşkilatında yeni sədrin və sədr müavininin seçilməsi ilə bağlı yığıncaq keçirildi.
Yığıncaqda YAP Daşkəsən rayon təşkilatı Aparatının məsləhətçisi Sərdar Xıdırov iştirak etdi.
Sərdar Xıdırov və başqaları çıxışlarında Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, qazandığı uğurlardan və Yeni Azərbaycan Partiyasının sədri, Ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətdən geniş söhbət açıblar.
“Yeni Azərbaycan Partiyasının yerli təşkilatları haqqında” Əsasnamənin 8.2-ci maddəsinin tələblərinə uyğun olaraq sadə səs çoxluğu ilə Emil Ağayev Daşkəsən şəhər ərazi partiya təşkilatının sədri, Sevinc İsmayılova isə sədr müavini seçildi.