YAP Daşkəsən rayon təşkilatı üzrə Gənclər və İdman İdarəsi ərazi partiya təşkilatında yeni sədrin və sədr müavininin seçilməsi ilə bağlı yığıncaq keçirildi.
Yığıncaqda YAP Daşkəsən rayon təşkilatı Aparatının məsləhətçisi Sərdar Xıdırov iştirak etdi.
Sərdar Xıdırov, Samir Həsənov, Etibar Verdiyev və başqaları çıxışlarında Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, qazandığı uğurlardan və Yeni Azərbaycan Partiyasının sədri, Ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətdən geniş söhbət açdılar.
“Yeni Azərbaycan Partiyasının yerli təşkilatları haqqında” Əsasnamənin 8.2-ci maddəsinin tələblərinə uyğun olaraq sadə səs çoxluğu ilə Samir Həsənov ərazi partiya təşkilatının sədri, Rəşail Babayev isə sədr müavini seçildi.