08-09 aprel 2025-ci il tarixlərində Səməd Vurğun adına, Anar Mürsəlov adına, İmadəddin Nəsimi adına, Mikayıl Mustafayev adına, Əli İsmayılov adına və Bayan kənd ümumi orta məktəbi ərazi partiya təşkilatlarında Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı yığıncaqlar keçirilib.
Yığıncaqlarda YAP Daşkəsən rayon təşkilatının sədr müavini Elşən Alıyev və Aparatın məsləhətçisi Sərdar Xıdırov iştirak edib.
Yığıncaqlarda çıxış edənlər Şəhla Əliyeva, Elmira Abbasova, Elnurə Həmidova, Məmməd Məmmədov, Hüseyn Ağayev, Ayaz Əzizov və başqaları bildiriblər ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi birliyimizin, həmrəyliyimizin və gücümüzün ifadəsidir.