YAP Laçın rayon təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30-cu ildönümü münasibətilə bir qrup laçınlı gəncin Ağcabədi rayonunda yerləşən Heydər Əliyev Mərkəzinə ziyarəti təşkil olunub.
Ziyarətçilərə ümummilli lider Heydər Əliyevin ömür yolu ilə yanaşı, müxtəlif tarixi dövrlərdə Azərbaycanın ictimai-siyasi həyatında, mədəniyyət, iqtisadiyyat, idman sahələrində baş verən önəmli hadisələr barədə məlumatlar çatdırılıb. Qonaqlar Muzeydə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdəki fəaliyyəti ilə bağlı yaradılmış fotostendlərlə tanış olublar.