Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatı Gənclər Birliyinin təşəbbüsü ilə bir qrup gənc könüllülər rayonda yaşayan, Vətən uğrunda canlarından keçən şəhidlərimizin ailələrini ziyarət ediblər. Gənclər şəhid Tahir İslamovun anası Elmira xanıma və şəhid Mehman Eminovun anası Arifə xanıma baş çəkib, onların gündəlik qayğıları, problemləri ilə yaxından maraqlanıb və hədiyyələr təqdim ediblər.
Gənclər bildiriblər ki, şəhidlərimiz kimi, onların anaları da bizim üçün çox qiymətli və dəyərlidirlər. Çünki bu analar vətənin çətin günlərində onu müdafiə edən və uğrunda şəhid olan dəyərli övladlar böyüdüb, boya-başa çatdırıblar. Şəhidlik zirvəsinə ucalan qəhrəmanların keçdikləri şərəfli ömür yolu gələcək neçə-neçə nəsillərə örnəkdir.
Şəhid anaları da göstərilən xüsusi diqqət, qayğı və dəstəyə görə Yeni Azərbaycan Partiyasının Sədri, ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.