Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının Gənclər Birliyi və Bakı Biznes və Kooperasiya Kollecinin təşəbbüsü ilə “Manipulyasiya və işgüzar ünsiyyətin psixologiyası” mövzusunda Bakı Biznes və Kooperasiya Kollecinin müəllimi, pedaqoq-psixoloq Törə Məcidova tərəfindən “zoom” proqramı vasitəsilə vebinar təlim keçirilib.
Diskussiya şəraitində davam edən tədbirdə pedaqoq-psixoloq gəncləri maraqlandıran sualları cavablandırıb. Gənclərin geniş marağına səbəb olan vebinarda, həmçinin, mövzu çərçivəsində psixoloji məsləhətlər verilib.