21 aprel 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının Ziyadlı kənd, Ziyadlı kənd tam orta məktəb ərazi partiya təşkilatlarının hesabat yığıncaqları keçirilib. Yığıncaq Ziyadlı kənd tam orta məktəbində təşkil olunub.
Yığıncaqda Ziyadlı kənd ərazi partiya təşkilatının sədri Elvin Quliyev və Ziyadlı kənd tam orta məktəb ərazi partiya təşkilatının sədri Şəfəq Alıyevanın ötən dövr ərzindəki fəaliyyəti barədə hesabat məruzələri dinlənilib.
Daha sonra yığıncaqda çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Yeni Azərbaycan Partiyasının müasir müstəqil ölkəmizin inkişafındakı rolundan bəhs edib. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyası bundan sonra da inamlı qələbələrə imza atacaq. Sədr qeyd edib ki, partiyanın irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlar Azərbaycan dövlətinin daha da güclənməsinə, xalqın rifahının yüksəlməsinə töhfələr verəcək. Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyası olduğunu bütün dövrlərdə təsdiqləyib və hazırda yeni hədəflərə doğru inamla irəliləyir.
Sonda Ziyadlı kənd və Ziyadlı kənd tam orta məktəb ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətləri qənaətbəxş qiymətləndirib.