Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25 illik yubileyi ilə əlaqədar YAP Şəmkir rayon təşkilatı “Hərəyə bir ağac əkək” kampaniyası çərçivəsində Şəmkirdə növbəti ağacəkmə aksiyası keçirib. Aksiyada YAP Şəmkir rayon təşkilatının Şura üzvləri, Qadınlar Şurasının və Gənclər Birliyinin fəalları iştirak ediblər.
Rayon ərazisində park və bağlarda, xiyabanlarda, şəhərin mərkəzi küçələri də daxil olmaqla yeni meyvə ağacları və dekorativ ağaclar əkilib, ərazidə təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.
Ağac əkini kampaniyası 2018-ci ilin mart ayının sonuna qədər davam edəcək.