YAP Yardımlı rayon təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub

 

Yeni Azərbaycan Partiyası (YAP) Yardımlı rayon təşkilatı üzrə 11 saylı Telekommunikasiya Qovşağı ərazi partiya təşkilatının fəal üzvlərinin iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayında səsləndirdiyi fikirlərin və qarşıya qoyulan prioritet vəzifələrin müzakirəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov və 11 saylı Telekommunikasiya Qovşağı ərazi partiya təşkilatının fəalları iştirak ediblər.

Çıxış edən YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov VIII Qurultayın əhəmiyyətindən, Prezident İlham Əliyevin çıxışında müəyyənləşdirilən strateji hədəflərdən və partiya qarşısında duran prioritet vəzifələrdən bəhs edib. O, Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatındakı rolunu vurğulayaraq, partiya üzvlərinin dövlətçilik prinsiplərinə sadiqlik, siyasi fəallıq və vətəndaş məsuliyyəti nümayiş etdirmələrinin vacibliyini qeyd edib.

Çıxış edən Aztelekom MMC-nin Cənub Regional filialının Yardımlı şöbəsinin rəisi Abusət Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən inkişaf strategiyasından, informasiya-kommunikasiya texnologiyaları sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb. O, telekommunikasiya sahəsində çalışan partiya üzvlərinin üzərinə düşən məsuliyyəti diqqətə çatdıraraq, əhaliyə göstərilən rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsinin və vətəndaş məmnunluğunun təmin olunmasının əhəmiyyətini vurğulayıb.

Tədbir qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib.

 

Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri: Anar Alışov