Yeni Azərbaycan Partiyası Gəncədə təşviqat kampaniyasını yüksək səviyyədə həyata keçirir

Yeni Azərbaycan Partiyası Gəncədə təşviqat kampaniyasını yüksək səviyyədə həyata keçirir

Martın 19-da 11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış namizədlərin seçkiqabağı təşviqat kampaniyasına start verilib.
Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahının Gəncə şəhər şöbəsi təşviqat kampaniyasına uğurla qoşulub. Kampaniya başlayan andan etibarən partiya fəalları Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təşviqat materiallarını 37, 38, 39 və 40 saylı seçki dairələri üzrə seçki məntəqələri ərazilərində nəzərdə tutulmuş seçki lövhələrində asmağa başlayıblar.
Partiyanın Mərkəzi Seçki Qərargahının Gəncə şəhər şöbəsində prezident seçkiləri ilə bağlı tədbirlər planı hazırlanıb, ziyalılardan və nüfuzlu şəxslərdən ibarət təbliğat qrupu yaradılıb. Çevik, operativ fəaliyyət göstərən partiya üzvləri bu kampaniyanın yüksək səviyyədə keçirilməsi üçün tam səfərbər edilib. 100 nəfərdən çox gənc təşviqatçı qruplara bölünərək plakatların asılmasında fəallıq göstəriblər. Bukletlərin, təbliğat-təşviqat materiallarının paylanması ilə yanaşı açıq və qapalı yerlərdə seçicilərlə görüşlər də keçiriləcək.