Zəfər Günü və Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə rayon ərazisində yaşayan bir qrup Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunub, onlara sovqatlar çatdırılıb.
Ziyarətlər zamanı Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov qeyd etdi ki, İlham Əliyevin rəhbərliyi ilə başladılan əks-hücum əməliyyatı nəticəsində 30 illik həsrətimizə son qoyulub, igid oğullarımızın şücaəti sayəsində ərazi bütövlüyümüz təmin olunub. Sonra Dental Estetik Mərkəzin direktoru, C.Səlimov 19 ( Dental Estetik Mərkəz) üzrə ərazi partiya təşkilatının sədri Xaliq Hüseynov vurğuladı ki, Azərbaycan dövləti şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib
Vətən müharibəsi şəhidlərinin ailə üzvləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.