Borrel erməni lobbisinin xidmətçisi rolunda...
22.06.2024 [10:21]
Aİ-nin ali nümayəndəsi indi də hərbi cinayətlər törətmiş erməni separatçılarına vəkillik edir
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrel növbəti dəfə Cənubi Qafqazda real vəziyyəti təhrif edib və Azərbaycana qarşı qərəz nümayiş etdirib. Belə ki, o, Avropa Parlamenti üzvlərinin suallarına cavabında “erməni məhbusların” azad olunması və Qarabağ bölgəsini tərk etmiş ermənilərin hüquqları, o cümlədən öz evlərinə qayıtmaq hüququnun təmin olunması istiqamətində Azərbaycana “çağırış” edib. “Aİ əmindir ki, Azərbaycanda saxlanılan “erməni məhbusların” azad edilməsi və vətənə qayıtması da daxil olmaqla etimadın möhkəmləndirilməsi tədbirləri ümumi sülh prosesinə fayda verə bilər və tərəflər arasında etimadın yaradılmasına yol aça bilər”,-deyə Borrel iddia edib.
Əslində, Borrelin ölkəmizə qarşı qərəz nümayiş etdirməsi ilk hal deyil. Bundan əvvəl də Aİ-nin ali nümayəndəsi dəfələrlə erməni lobbisinin diqtəsinə uyğun davranışlar sərgiləyib. Ötən il 19-20 sentyabrda Qarabağda keçrilən antiterror tədbirləri zamanı da Borrel erməni separaçılarına açıq dəstək göstərmişdi. Eləcə də Avropa İttifaqının Xarici Əlaqələr Şurasının Brüsseldə keçirilən iclaslarında da Borrel Azərbaycana “mesajlar” vermişdi. Belə ki, o, həmin toplantılarda Ermənistanın vəkili kimi çıxış edib, İrəvanı “daxildən və xaricdən sabitliyi pozmaq cəhdlərinə qarşı sayıq olmağa” çağırmışdı.
Borrelin Avropa Parlamentindəki son fikirləri də onun erməni lobbisinin xidmətində olduğunu bir daha təsdiqləyir. Artıq məsələyə Azərbaycan Xarici İşlər Nazirliyi münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib ki, bu fikirlər Aİ-nin ali nümayəndəsinin erməniləri razı salmaq, habelə heç bir mənəvi və faktiki əsası olmayan iddianı irəlilətmək üçün göstərilən növbəti cəhdidir. Biz bu yalan və təhrikedici iddiaları rədd edirik. Məlumdur ki, Azərbaycan 2020-ci il müharibəsindən sonra humanitar jest olaraq, habelə beynəlxalq humanitar hüquq üzrə öhdəliklərinə uyğun şəkildə hərbi əsir statusu olan və ya saxlanılan şəxs hesab edilən 200 nəfərdən artıq ermənini azadlığa buraxıb və repatriasiya edib. Azərbaycanda saxlanılan bütün erməni hərbi əsirlər və mülki şəxslərlə 1949-cu il Cenevrə Konvensiyalarının tələblərinə uyğun şəkildə rəftar edilib, onlar işgəncələrə, təhqirlərə və qeyri-insani rəftara məruz qalmayıblar. Onların hər birinə həbsdə olarkən tibbi xidmət göstərilib, müayinələrdən keçiblər, BQXK həmin şəxslərlə müntəzəm görüşlər keçirib və ailələri ilə təmasları qurulub. Buna baxmayaraq, onlar Azərbaycan tərəfindən Ermənistana qaytarılandan sonra, Ermənistan hakimiyyəti tərəfindən həmin şəxslərin bəziləri həbs olunub və sorğu-sual ediliblər.
A.Hacızadənin də qeyd etdiyi kimi, həbsdə qalan müharibə cinayətkarları, separatçı liderlər və digər erməni əsilli şəxslər isə ya müharibə cinayətləri, etnik təmizləmə, hərbi təcavüz, işgəncə və digər ağır cinayətlərdə ittiham olunur, ya da artıq bu cinayətlərə görə məhkum ediliblər, yaxud da onlarla bağlı istintaq prosesi davam edir. Cenevrə Konvensiyalarına, habelə, ümumilikdə, beynəlxalq və milli qanunvericiliyə uyğun olaraq, Azərbaycan bu kimi cinayətlərin araşdırılması və mühakiməsi üzrə hüquq və öhdəliklərə malikdir. Bu kimi həbslərin tam hüquqi əsası var və bu, saxlanılan şəxslərin hüquqlarına xələl gətirmir. Hətta saxlanılan şəxslər hərbi əsir olsalar belə, III Cenevrə Konvensiyasına əsasən, ittiham oluna biləcəkləri bir cinayət törətdiklərinə görə cinayət təqibi davam edən hərbi əsirlər, bu kimi məhkəmə prosesi bitənə və lazım gələrsə, cəzalarını çəkib bitirənə qədər məhbusluqda saxlanıla bilər.
Amma nədənsə C.Borrel bu dəfə də Ermənistanın 30 illik işğalçı siyasəti dövründə törətdiyi beynəlxalq və müharibə cinayətlərinə səssiz qalıb. Hansı ki, erməni tərəfinin cinayətləri bəşəriyyətə qarşı yönəlmiş cinayətlər sırasındadır. XİN rəsmisinin də vurğuladığı kimi, Aİ-nin öz diqqətini Ermənistanın azərbaycanlı hərbi əsirlərə və mülki məhbuslara, eləcə də itkin düşmüş azərbaycanlılara qarşı qəddar rəftarına dair sübutlara yönəltməyi daha məqsədəuyğun olardı. Ermənistanın hərbi təcavüzü başlayandan bəri 3890-dan çox azərbaycanlı itkin düşüb və onların taleyi naməlum olaraq qalmaqdadır. İtkin düşənlərin 3171 nəfəri hərbçi, 719 nəfəri (71 uşaq, 267 qadın və 326 ahıl şəxs daxil olmaqla) isə mülki şəxslərdir.
Ermənistana və digər ölkələrə köç edən ermənilərin hüquqlarının təmin edilməsi ilə bağlı şərhlərə gəldikdə isə xatırlatmaq vacibdir ki, Azərbaycanın reinteqrasiya çağırışına, proqramına və bu istiqamətdə addımlarına baxmayaraq, yerli erməni əsilli şəxslər ölkəmizi tərk etmək və geri qayıtmamaq qərarına gəliblər. Təəssüf ki, evlərindən zorla və amansızcasına didərgin düşmüş 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqları ilə bağlı Aİ tərəfindən 30 ilə yaxın müddət ərzində heç bir narahatlıq və ya çağırışın şahidi olmamışıq. “Azərbaycan bu həlledici məqamda Aİ tərəfinin regionda sülh səylərini sarsıdan qərəzli bəyanatlardan çəkinəcəyini gözləyir”, - deyə XİN rəsmisi bəyan edib.
Qeyd edək ki, Qərbi Azərbaycan İcması da Cozep Borrelin Azərbaycana qarşı yönəlmiş fikirlərinə etiraz edib. Bununla bağlı İcmanın bəyanatında bildirilib ki, C.Borrel Avropa Parlamentinin deputatlarının sorğusunu cavablandırarkən, Azərbaycanda ağır cinayət törətməkdə şübhəli bilinərək haqlarında həbs qətimkan tədbiri görülmüş, əli Azərbaycan xalqının qanına batmış bir qrup separatçının azad olunmasını tələb edərək, məhkəmənin işinə müdaxilə etməyə cəhd göstərib. Bundan əlavə, Aİ nümayəndəsi Azərbaycanın reinteqrasiya təklifini rədd edərək, Qarabağdan köçüb getmiş ermənilərin qayıdışından danışdığı halda, Ermənistandan zorla qovulmuş azərbaycanlıların qayıdış hüququ barədə bir kəlmə də olsun danışmayıb. “Bütün bunlar Cozep Borrelin qərəzini və ikili standartını nümayiş etdirir. Belə yanaşma Azərbaycan ictimaiyyətində Avropa İttifaqının imicinə ciddi xələl vurur”, - deyə İcmanın bəyanatında vurğulanıb.
Qərbi Azərbaycan İcması Avropa İttifaqını Azərbaycana qarşı qərəzli yanaşmasından imtina etməyə, sülh prosesinə mane olmamağa və Ermənistandan qovulmuş azərbaycanlıların dinc, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasını dəstəkləməyə çağırıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 Aprel 17:37
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
Gündəm
27 Aprel 14:42
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43
Sosial
27 Aprel 10:35
İdman
27 Aprel 10:16
YAP xəbərləri
27 Aprel 09:58
Dünya
27 Aprel 09:58
Hadisə
27 Aprel 09:25
İdman
27 Aprel 08:52
Dünya
27 Aprel 08:19
Dünya
27 Aprel 07:30
Dünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18

