/ / Ermənistan Rusiyanın qəzəbindən xilas olmaq üçün hərəkətə keçdi: Matviyenko Simonyanı “əfv” edəcəkmi?
Ermənistan Rusiyanın qəzəbindən xilas olmaq üçün hərəkətə keçdi: Matviyenko Simonyanı “əfv” edəcəkmi?
25.02.2025 [19:16]
Erməni mediası Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matvienko ilə telefon danışığı aparmasından yazır. Bildirilir ki, spikerlər Ermənistan-Rusiya münasibətlərinin gündəliyinin müxtəlif məsələlərini, həmçinin MDB çərçivəsində və digər platformalarda əməkdaşlığı müzakirə ediblər. Həmçinin V.Matvienkonun Ermənistana planlaşdırılan rəsmi səfərinin təşkilati məsələləri müzakirə olunub.
Oxuculardan kimsə bəlkə də buraqədərki hissədən sonra “hə, nə olsun”, əlavəsini elədi. Amma yox. Məsələnin maraqlı tərəfləri var. Həmin bu, Alen Simonyan anti-Rusiya mövqeyinə görə Ermənistan Təhlükəsizlik Şurası sədri Armen Qriqoryanı son vaxtlar kölgədə qoymağa çalışırdı və özünü Qərbə sırımaq üçün – bəlkə də post-Paşinyan dövrü üçün - əlindən gələni edirdi.
2023-cü ilin oktyabrında Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiya səfirinin XİN-ə çağırılmasına münasibət bildirərkən iddia etmişdi ki, Ermənistan heç vaxt Rusiya ilə münasibətlərdə özünü müttəfiq və ya tərəfdaş olmayan tərəf kimi göstərməyib. Forpost Ermənistanın parlament sədri bir az da uzağa gedərək Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bəyanatını, təbliğatla məşğul olan məşhur şəxslərin açıqlamalarını və təhqirlərini də xatırladaraq Kremlə qarşı sərt mövqeyə haqq qazandırmışdı. Demişdi ki, bu cür addımlar Ermənistan cəmiyyətində əks effekt yaradır. Sitat: “Qoy, gələn dəfə belə bir addım atmamışdan əvvəl iki dəfə düşünsünlər”. “Cəsarət”i görürsünüzmü?
Daha sonra Alen Simonyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Parlament Assambleyası Şurasının Moskvada keçiriləcək xarici sessiyasında və 16-cı plenar iclasında iştirak etməyəcəyini demişdi. İrəvan açıqlamışdı ki, Alen Simonyan Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodinə ünvanladığı rəsmi məktubla Moskvaya getməyəcəyini yazılı şəkildə təsdiqləyib. Daha bir “cəsarət” nümunəsi. Nümunələrin davamı var...
İndi həmin, Ermənistan-Rusiya münasibətlərinin korlanmasında əli olan parlamentin sədri Alen Simonyan bəyan edir ki, Matvienkonun səfərinin baş tutması üçün əlindən gələni edərək. Düzdür, vaxtilə Simonyanın Matvienko ilə isti şəxsi münasibətləri olub, hətta ona gül uzatdığı yerdə çəkilən fotoları da var. Amma sonralar Rusiyaya dönük çıxan erməni rəsmilərin sırasında yer alıb Simonyan. Matviyenko isə sonuncu dəfə 2020-ci ildə Ermənistanda olub. Sonrakı dövrlərdə dəfələrlə onun İrəvana səfər edəcəyi xəbəri yayılsa da, bu, baş verməyib.
Hətta iş o yerə çatmışdı ki, Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko senatorlara Ermənistan parlamentinin sədri Alen Simonyanın Rusiya əleyhinə bəyanatları ilə bağlı sorğu hazırlayıb Ermənistan parlamentinə göndərməyi tapşırmışdı. Matviyenko demişdi ki, Simonyan artıq bütün “qırmızı xətləri” keçib.
Yeri gəlmişkən, Valentino Matvienko Rusiya Prezidenti Vladimir Putinin ən yaxın və güvəndiyi kadrlarından biridir və Rusiyanın ən güclü qadınların biri kimi xarakterizə olunub. Simonyanın onu qəzəbləndirməsi elə Putinin qəzəbinə tuş gəlməkdir.
Məsələnin məğzi nədən ibarət idi, onu da xatırladaq: Avropa İttifaqı ölkələrinin parlament sədrlərinin konfransında çıxış edən Simonyan “konfransın əsas mövzusunun Rusiyanın Ukraynaya müdaxiləsi və Yaxın Şərq münaqişəsi olduğunu” nəzərə alaraq, Ermənistanın Ukraynanın, həmçinin Moldovanın, Gürcüstanın, Kiprin və bütün ölkələrin ərazi bütövlüyünü qətiyyətlə müdafiə etdiyini təsdiqləmək istədiyini bildirmişdi.
Alen Simonyanın dedikləri Federasiya Şurasının beynəlxalq komitəsinin rəhbəri Qriqori Karasin tərəfindən də sərt tənqid edilmişdi və o, erməni spikerin bəyanatının qeyri-dost tonununda olduğunu söyləmişdi. Təsəvvür edin, bir ayağı Avrasiya İqtisadi İttifaqında, KTMT, MDB-də, o biri yandan da Rusiyanın cızdığı xətti keçirsən…
İndi həmin “qeyri-dost”, “qırmızı xətt pozucusu”nun gözləri yolda, könlü intizarda, Matviyenko nə zaman İrəvana gələcək, deyə. Simonyan elə dünənədək deyirdi ki, “Rusiya Ermənistanı dəfələrlə aldadıb”, “ən çətin dövrdə” tək qoyub. Sitat: “Bu bir faktdır. Bizim bir dostumuz, necə deyərlər, bir müttəfiqimiz var idi, böyük qardaşımız vardı, vaxtı gələndə bizi qoruyurdu, heç olmasa, hər şey onun bilgisi ilə baş verib deməsə də, bizi tək qoyub. Bizi dəfələrlə aldatdılar, sonra isə onları Ermənistan ərazisində yeni müharibəyə sürükləməyə çalışdılar ki, sonradan konkret vəziyyətdə bizi “xilas etsinlər” və Ermənistanın dövlətçiliyinə sıxaclar atsınlar”. Ardınca da da deyirdi ki, ölkəsi həmişə Avropa İttifaqına (Aİ) daxil olmağa çalışıb. Guya “Aİ-yə üzvlük Ermənistan üçün ən məqbul variantdır. Bizim üçün Aİ üzvlüyünə namizəd statusunun əldə edilməsi izləməli olduğumuz ən düzgün və arzuolunan variantdır. Bunun hansı proseslə həyata keçirilməsi vacibdir. Çox şey edilməlidir”.
İndi bu, “avropaşünas”, “qərbpərəst” gözünü Moskva yollarına dikib: “Gələcək”, yoxsa “gəlməyəcək” variantları arasında qalıb. Həm də Rusiya Ermənistanı “sevir”, ya “sevmir?”.
Səbəbi bilirsinizmi nədir? Rusiyanın Ukraynaya qarşı apardığı müharibə artıq ABŞ və bir sıra digər Qərb ölkələri tərəfindən “həzm” olunmaqdadır. Dünənə qədər Ukraynaya gizli dəstək verdiyi görüntüsü yaradan, Rusiyaya qarşı olduğunu iddia edən Simonyan və digərləri bu gün Rusiyanın müharibədən qalib çıxmasından sonra Ermənistanla haqq-hesab çəkəcəyinin fərqindədirlər. Çünki Ermənistan asanlıqla ağasını “keçi qiyməti”nə satdı, tez-tələsik Blinkenlə xartiya imzaladı, Avropa İttifaqına üzvlük üçün hərəkətə keçdi, Avropa İttifaqının hərbi-cəsus şəbəkəsinin Ermənistanda qalma müddətini fürsətdən istifadə edərək daha iki illik uzatdı. Bütün bunlarla bağlı Rusiyadan dəfələrlə xəbərdarlıqlar gəldi, hətta Lavrov tərəfindən. Ermənistan eşitməzliyə, saymazlığa vurdu. Avropa Parlamentinə üzvlük prosedurunu parlamentdə paşladan Alen Simonyan bu gün günahını yumaq üçün Matviyenkonun ayaqları altına sərmək üçün xalı-xalçalar döşəməyə hazırlaşır.
Elşad Paşasoy
Xəbər lenti
Hamısına baxSosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30

