Birləşmiş Ştatlar üçün çox mühüm tərəfdaş ola bilərik!
10.04.2025 [10:24]
Donald Trampın hakimiyyətə gəlişi mövcud əlaqələri daha yüksək səviyyəyə qaldırıb
Müstəqil Azərbaycan dövlətinin milli maraqlara əsaslanan praqmatik xarici siyasət kursu Cənubi Qafqazın sabit və çoxşaxəli inkişafı üçün mühüm zəmin formalaşdırır. Ölkəmizin regional sabitləşdirici faktor olaraq mühüm bir coğrafiyada oynadığı rol, iqtisadi-ticari əlaqələrin inkişafına verdiyi dəstək, siyasi-hərbi reallıqların formalaşdırılmasına verdiyi töhfələr diqqətlə izlənir. Xüsusilə, böyük dövlətlər regional güc mərkəzi olaraq Azərbaycanla əməkdaşlığa olduqca həssas münasibət göstərirlər.
Bayden administrasiyası mövqeyini Ermənistanla bağladı
Azərbaycan ilə ABŞ arasındakı münasibətlər də analoji spektrdə inkişaf etməkdədir. Bəlli olduğu kimi, rəsmi Vaşinqton dünyanın iqtisadi-siyasi nəbzini formalaşdıran mühüm güc mərkəzlərindən biri sayılır. Nəhəng iqtisadiyyata, müqayisəyəgəlməz siyasi çəkiyə malik olan bu dövlətin son proseslərdə Cənubi Qafqaza, xüsusilə Azərbaycana diqqət yetirməsi bir sıra mətləblərdən xəbər verir. Azərbaycanı hər zaman özünün strateji tərəfdaşı kimi xarakterizə edən rəsmi Vaşinqton əməkdaşlığın çoxşaxəli olmasında maraqlı olduğunu ortaya qoyur. Təəssüfləndirici haldır ki, bu əlaqələr Bayden-Blinken administrasiyası dövründə böhranlı hal yaşadı. Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib ki, Bayden-Blinken administrasiyası dövründə ABŞ-la Azərbaycan arasında münasibətlər böhrana uğramış əlaqələr kimi səciyyələndirilə bilər. Bu da bizim günahımız deyil. Dövlətimizin başçısı qeyd edib ki, biz hər zaman Birləşmiş Ştatlarla yaxşı münasibətlərin tərəfdarı olmuşuq. Çünki ABŞ dünyanın ən güclü dövlətidir: “Biz Birləşmiş Ştatlara lazım olduğumuz zaman Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin tətbiqi dayandırılırdı. Lakin onlar (ABŞ qoşunları - red.) Əfqanıstandan qaçdıqdan sonra bunu bizə qarşı yenidən tətbiq etməyə başladılar. Belə bir ədalətsiz mövqe bildirmək bu administrasiyanın özü üçün çox böyük zərbə idi. Çünki bundan sonra onlara kim inanardı? Beləliklə, bizim Bayden-Blinken komandasına olan inamımız sıfra gəlib çıxdı və münasibətlərimiz çox ağır böhrana düşdü. Bayden administrasiyası mövqeyini birmənalı olaraq Ermənistanla bağladı. Ermənistan-Azərbaycan münaqişəsi başladıqdan sonra biz bunu ilk dəfə gördük”.
Münasibətlərimiz daha fəal olacaq
Donalod Trampın hakimiyyətə gəlişi ilə isə münasibətlərdə yeni bir mərhələnin başlanmasına ümid böyükdür. ABŞ-ın dövlət maraqları ilə üst-üstə düşməyən “Ermənistan sevdası” artıq keçmişdə qalıb - indiki mərhələdə Vaşinqton özünün mənafeyinə uyğun siyasət qurur. Prezident İlham Əliyev bildirib ki, onların (Tramp administrasiyası - red.) indiki siyasəti daha çox Amerikanın milli maraqlarına əsaslanacaq və qeyd edə bilərəm ki, hazırda onlarla çox güclü münasibətlər bu bölgə üçün vacibdir: “Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsi, Qlobal Cənubun bir hissəsidir. Bizim Qoşulmama Hərəkatında güclü mövqeyimiz, Mərkəzi Asiya ilə yaxşı əlaqələrimiz var. İqtisadi baxımdan güclü, enerji resurslarına, ordusunun döyüş meydanında sübuta yetirilmiş gücə malik olan ölkəyik. Buna görə biz Birləşmiş Ştatlar üçün çox mühüm tərəfdaş ola bilərik”.
Dövlət başçısı vurğulayıb ki, Tramp adminstrasiyası ilə yüksək səviyyəli təmaslarımız qurulub. Tramp administrasiyası ilə Azərbaycan hökuməti arasında müxtəlif səviyyələrdə əlaqələr var. Bizim qəbul oluna biləcək qarşılıqlı gündəliyimiz mövcuddur: “Düşünürük ki, bu dövr tərəfdaşlığın gücləndirilməsi üçün çox yaxşı imkana çevriləcək. İlk prezidentliyi dövründə də Azərbaycanın Tramp administrasiyası ilə yaxın münasibətləri var idi, heç bir böhran yox idi. Mənim fikrim ondan ibarətdir ki, münasibətlərimiz daha fəal olacaq və onların indiki siyasəti daha çox ABŞ-ın milli maraqlarına əsaslanacaq”.
Trampın birinci prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətləri
Vurğulandığı kimi ABŞ ilə Azərbaycan arasında Trampın ilk prezidentliyi dövründə əlaqələr müsbət fonda inkişaf edib. ABŞ Azərbaycanı strateji enerji tərəfdaşı kimi tanıdığını bəyan edib. Paralel olaraq iqtisadi əməkdaşlıq yüksəlib. ABŞ şirkətləri Azərbaycanın enerji və qeyri-neft sektorlarında fəaliyyətlərini davam etdiriblər. Hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq əhəmiyyətli şəkil alıb - terrorizmə qarşı mübarizə, sərhəd təhlükəsizliyi və narkotiklə mübarizə sahəsində birgə proqramlar həyata keçirilib. Azərbaycan Əfqanıstandakı NATO missiyasına dəstəyini davam etdirib və ABŞ ordusunun logistik təchizatına töhfə verib.
Trampın birinci prezidentlik dövründə (2017-2021) ABŞ-Azərbaycan münasibətlərində yüksək siyasi dialoq və tərəfdaşlıq müşahidə olunub. Bu dövrdə Tramp administrasiyası Azərbaycanla bağlı müsbət mövqe sərgiləyib və tərəfdaşlıq əlaqələrini vurğulayıb. Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə mütəmadi olaraq təbrik məktubları göndərib. Xüsusilə Respublika Günü (28 may), Müstəqillik Günü (18 oktyabr) və digər mühüm tarixlərdə məktublarında Azərbaycan-ABŞ əlaqələrinin əhəmiyyətini vurğulayıb.
2017, 2018, 2019 və 2020-ci illərdə göndərilən məktublarda Tramp Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfələri və beynəlxalq təhlükəsizlik sahəsində əməkdaşlığını yüksək qiymətləndirib.
Tramp administrasiyası Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsindəki rolunu dəstəkləyib. 2018-ci ildə Prezident Tramp Bakıya ünvanladığı məktubda Azərbaycanın enerji sahəsindəki rolunun vacibliyini qeyd edərək, iki ölkə arasındakı əməkdaşlığın gücləndirilməsinə çalışdığını bildirib.
44 günlük müharibə dövründə Tramp administrasiyası Ermənistanı dəstəkləməyib və hər zaman olduğu kimi ölkəmizin ərazi bütövluyünü tanıyıb - birmənalı şəkildə həmin dövrdə ABŞ-Azərbaycan münasibətləri strateji əməkdaşlıq xəttində inkişaf edib. Trampın şəxsi açıqlamaları və administrasiyasının qərarları göstərir ki, Vaşinqton Bakı ilə əməkdaşlığı yüksək qiymətləndirib.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

