Avropa İttifaqı tarixlə siyasəti qarışdırır...
16.04.2025 [08:46]
Üzvlüyə namizədlərə verilən “göstəriş” nəyin təzahürüdür?
Müasir dünya tarixinə yön verən ən mühüm hadisələrdən biri məhz II Dünya müharibəsidir. Miqyasına görə II Dünya müharibəsi (1939-1945) tarixdə ən çox insan itkisinə səbəb olan münaqişə sayılır. Müxtəlif mənbələrə əsaslansaq, ümumi insan itkisi 70-85 milyon nəfər arasında dəyişir ki, bu da 1940-cı ilin statistikasına əsasən təxminən dünya əhalisinin 3 faizini təşkil edir. Bu rəqəmin 21-25 milyonu hərbi itkilər idisə, 50-55 milyonu mülki vətəndaşlar idi. Faşizmə qarşı mübarizədə vahid cəbhənin təşkil edilməsi bu qlobal bəladan xilas olmaq üçün şərait yaratdı.
Artıq bu qanlı müharibədən 80 il ötür - cəmisi bir aydan da az bir müddətdən sonra bütün dünya faşizm üzərində qələbənin ildönümünü, qeyd edəcək. Danılmazdır ki, bu qələbədə ən böyük pay sahibi isə keçmiş SSRİ respublikaları olub. Xüsusilə Şərqi Avropanın, Fransanın və digər ölkələrin faşizmdən azad edilməsi uğrunda qanlı döyüşlər gedib. Müharibənin bitməsinin 80 illik yubiley öncəsi isə Avropa İttifaqı maraqlı bir addımla yadda qalır...
Aİ-dən tapşırıq: Qələbə günündə...
Avropa İttifaqı (Aİ), üzvlüyə namizəd ölkələrə 9 may tarixində Moskvada keçiriləcək Qələbə paradında iştirak etməməyi tövsiyə edib. Bu barədə Aİ Xarici İşlər Şurasının Lüksemburqda keçirilən iclası çərçivəsində jurnalistlərə Latviyanın xarici işlər naziri Bayba Braje məlumat verib.
“Dünən axşam biz Qərbi Balkan ölkələrinin tərəfdaşları ilə birlikdə olduq. Xarici siyasət və təhlükəsizlik məsələləri, o cümlədən sanksiyalarla bağlı çoxsaylı müzakirələr apardıq. Bu çərçivədə Aİ üzv dövlətləri namizəd ölkələrə çox açıq şəkildə bildirdilər ki, 9 Mayda Moskvada keçiriləcək paradda iştirak etməsinlər və bu cür səfərlər həyata keçirməsinlər, çünki bu, Aİ-nin dəyərlərinə uyğun deyil,” - deyə latviyalı diplomat bildirib.
Qeyd edək ki, Serbiya Prezidenti Aleksandar Vuçiç Moskva paradında iştirak etmək niyyətində olduğunu bəyan edib.
Xarici mətbuatın yazdığına görə, bu faktı Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas da mətbuat konfransında təsdiqləyib. “Biz namizədlərə açıq şəkildə bildirdik ki, onlar mayın 9-da Moskvada keçiriləcək paradda iştirak etməməlidirlər”, - Kallas deyib.
Qeyd edək ki, faşizm üzərində qələbənin 80 iliyi ilə bağlı keçiriləcək paradda bir sıra dövlətlərin rəhbərlərinin iştirakı gözlənilir. Tədbirə Çin liderinin qatılacağı bildirilir. Belə ki, Rusiyanın Pekindəki səfiri İqor Morqulov fevralın 10-da bildirmişdi ki, Çin prezidenti Si Cinpin mayın 9-da qələbənin 80-ci ildönümünü qeyd etmək üçün Moskvaya getməyi planlaşdırır.
Avropa rəqəmlərdə: II Dünya müharibəsinin acı nəticələri...
Vurğulandığı kimi, II Dünya müharibəsi bəşər tarixində öz qanlı nəticələri ilə yadda qaldı. 6 ilə yaxın çəkən bu müharibədə milyonlarla insan öldürüldü. Bu döyüşdə, canından keçən döyüşçülər isə milyonlarla insanı, xüsusilə də avropalıları xilas etdilər. Qeyri-rəsmi olaraq elə cəmisi 4 hərbi əsir düşərgəsindən yüz minlərlə insan xilas edilib. Məsələn, faşist Almaniyasının ən böyük konslagerləri sayılan Buxenvaldda 21 min, Bergen-Belsendə 60 min, Daçauda onminlərlə, Revenbrükdə isə 3500 insan faşizmin zülmündən xilas edilmişdi. 1945-ci ilin sonuna qədər Avropada təxminən 700 min nasist düşərgəsinin məhbusları azad edilmişdi. Qeyd edək ki, bu rəqəm Aİ ölkələrini əhatə edən rəqəmdir...
Avropa İttifaqına üzvlüyə namizəd olan ölkələrin statistikasına gəldikdə isə:
- Albaniya: ümumi itkisi 28 min nəfər olub. 12 600 nəfər alban döyüşlərdə yaralanıb, 44 500 nəfər isə həbs olunub və ya deportasiya edilib;
- Bosniya və Herseqovina, Serbiya, Monteneqro: ümumi itkilərlə bağlı ayrı-ayrılıqda dəqiq rəqəmlər mövcud olmasa da, keçmiş Yuqoslaviya daxilində ümumi itkiləri təxminən 1,7 milyon nəfər olub;
- Şimali Makedoniya: ümumi itkiləri təxminən 24 min nəfər olub;
- Ukrayna: ümumi itkilər: təxminən 7,5 milyon olub ki, bunun da 3,9 milyonu mülki şəxs, 1,4 milyonu isə hərbi qulluqçu olub;
- Moldova: ümumi itkiləri 260 min olub ki, bunun da 50 mini hərbi qulluqçu, 210 mini mülki şəxs olub;
- Gürcüstan: ümumi itkiləri təxminən 300 min olub ki, bunun da 190 mini hərbi qulluqçu, 110 mini mülki şəxs olub.
Tarixə hörmət...
Bəli, rəqəmlərdən də itkilərin miqyasının necə böyük olduğu açıq şəkildə görünür. II Dünya müharibəsindəki qələbə demək olar ki, Avropanı daha kütləvi insan itkisinə məruz qalmaqdan xilas etdi. Bu mənada, Aİ-nin hazırki tutduğu mövqe anlaşılan sayılmaya da bilər. Ən azından tarixə hörmət nöqteyi-nəzərdən belə bir mövqe tutmaq düzgün deyil - bu, açıq şəkildə tarixə hörmətsizlikdir.
Paralel olaraq belə bir inzibati “tapşırığ”ın verilməsi hüquqi nöqteyi-nəzərdən də düzgün sayıla bilməz. Bu bir növ dövlətlərin daxili işlərinə qarışmaqdır. Axı, bu qanlı döyüşlərdə həyatını itirmiş, canı-qanı bahasına milyonlarla insanın həyatını xilas etmiş insanların qarşısında Avropa kontingenti daha çox mənəvi məsuliyyət daşıyır. Aİ-nin bu “tapşırığı” isə həmin mənəvi borcun qarşılığında “cavabdır”...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23

