“Patriot” Ukraynanı xilas edəcək?
17.04.2025 [09:11]
Ukraynaya yeni “Patriot” hava hücumundan müdafiə sistemləri verilib. Qeyd edək ki, NATO-nun aş katibi Mark Rute aprelin 15-də Kiyevə səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib ki, NATO Ukraynanı daha effektli silahlarla təmin etməyi planlaşdırır. O qeyd edib ki, Ukraynaya tezliklə əlavə “Patriot” sistemləri veriləcək. “NATO-nun Vaşinqtonda keçirilən sammitində dövlətlər Ukraynanı “Patriot” sistemləri ilə təchiz etməyi öhdələrinə götürüblər. Bu, bir az vaxt aparıb. Xoşbəxtlikdən, onların əksəriyyəti artıq çatdırılıb və ya yaxın vaxtlarda çatdırılacaq”, - deyə baş katib vurğulayıb. Prezident Volodimir Zelenski də Ukraynanın “Patriot” hava hücumundan müdafiə sistemlərinə ehtiyacı olduğunu bildirib - o, “CBS News” telekanalına müsahibəsində deyib ki, Ukrayna avropalı tərəfdaşların hesabına 15 milyard dollar dəyərində ABŞ-dan 10 ədəd “Patriot” zenit-raket kompleksini, eləcə də müxtəlif silahlar almaq niyyətindədir: “Bizim hava hücumundan müdafiə sistemlərimiz yoxdur. Bizə lazım olan yeni silahlarla bağlı paketi Birləşmiş Ştatlara təqdim etmişik. Bu paketi almağa hazırıq. Biz müvafiq paketləri bizimlə birlikdə maliyyələşdirməyə hazır olan avropalı tərəfdaşlarla müzakirə etmişik”, - deyə Zelenski əlavə edib.
Ukrayna öz “Patriot”-nu yaradır?
Ukrayna KİV-nin məlumatına görə, rəsmi Kiyev strateji səviyyəli hava hücumundan müdafiə sistemi hazırlayır və bu layihəyə Avropa ölkələrindən maliyyə dəstəyi istəyir. XİN rəhbəri Andrey Sibiqa Avropa İttifaqının üzv ölkələrinin xarici işlər nazirlərinin iclasında çıxışı zamanı bəyan edib ki, Ukrayna artıq milli HHM sisteminin layihələndirilməsi üzərində işləyir və bu təşəbbüsün uğurla baş tutması üçün Avropa dövlətlərini bu proqrama investisiya yatırmağa çağırıb. A.Sibiqa əlavə edib ki, bu sistem nəinki Ukraynanın hava məkanının tam müdafiəsini təmin edəcək, hətta Avropanın kollektiv təhlükəsizliyinə töhfə verə bilər. Eyni zamanda Ukraynanın strateji sənaye naziri German Smetanin yerli KİV-ə brifinqdə qeyd edib ki, “Patriot” hava hücumundan müdafiə sisteminin analoqunu yaratmaq üçün öz layihələri üzərində işlənir. Onun sözlərinə görə, Ukraynanın müdafiə sektoru və hökuməti bu istiqamətdə xarici tərəfdaşlarla danışıqlar aparır. “Hazırda Ukrayna ərazisində “Patriot” hava hücumundan müdafiə raket sistemlərinin analoqu yoxdur, lakin bizim müdafiə sənayemizin müvafiq layihəsi var və biz onun üzərində işləyirik”, - deyə Smetanin bildirib.
Ukraynaya bugünə nə qədər silah verilib?
Aprelin 12-də Almaniyada “Ramştayn” formatında keçirilən görüşdə NATO ölkələri Ukraynaya “Patriot” raketləri, “Leopard” tankları da daxil olmaqla, daha böyük həcmdə yardım göstərmək barədə razılığa gəliblər. Qərb KİV-nin məlumatında qeyd olunur ki, Böyük Britaniya Ukraynaya 450 milyon funt sterlinq dəyərində yüz minlərlə dron və radiolokasiya sistemləri, Norveç 1 milyard dəyərində müxtəlif silah-sursat və HHM sistemləri, Niderland və Litva 150 milyon və 20 milyon avro dəyərində HHM sistemlərinin gücləndirilməsi üçün texnikalar verməyi planlaşdırır. Bundan əlavə, Almaniya Ukraynaya 4 “IRIS-T” zenit kompleksi, kompleks üçün 300 ədəd raket, 30 “Patriot” raketi, 15 “Leopard” tankı, 25 “Marder” PDM və 100 mərmi, Estoniya isə 10 min artilleriya mərmisi verəcək.
Qeyd etmək lazımdır ki, NATO ölkələri son üç il ərzində Ukraynaya milyardlarla avro dəyərində hərbi dəstək göstərib. Bu müddət ərzində Britaniya və Fransa Ukraynanı “Starstreak” zenit raketləri, “Stormshadow” qanadlı raketləri, “Sezar” özüyeriyən artilleriya qurğuları və tank əlehinə müxtəlif raketlərlə təmin edib. Niderland 2024-ci ilin aprelində Ukraynaya “Patriot” zenit-raket kompleksi üçün radar verib, həmçinin bugünə 400 tank əleyhinə silah da göndərib. İtaliya isə Ukraynaya 2 ədəd “Samp-T” hava hücumundan müdafiə sistemi verib. Almaniyanın Ukraynaya hərbi yardımı daha çox diqqət cəlb edir. “Defence Express” nəşrinin araşdırmasına görə, son üç il ərzində Almaniya Ukrayna ordusunu 18 ədəd “Leopard” 2A6 tankı, 103 ədəd “Leopard” 1A5 tankı, 140 ədəd “Marder” piyadaların döyüş maşını və onun ehtiyat hissələrini, 66 ədəd adı açıqlanmayan zirehli personal daşıyıcısı, 54 ədəd M113, 78 ədəd tırtıllı BV 206 nəqliyyat vasitəsi, 153 ədəd digər zirehli texnika və 277 ədəd hərbi avtomobil ilə təmin edib. Bundan əlavə, 25 ədəd PzH 2000 özüyeriyən silah sistemi, 7 ədəd M109 özüyeriyən artilleriya vasitəsi, 2 ədəd “Zuzana” özüyeriyən silah, 3 ədəd M142 HIMARS raket sistemi, 5 ədəd MARS II raket sistemi, 358 min ədəd 155 mm-lik sursat, 15 min ədəd 120 mm minaatan Ukraynaya çatdırılıb. Almaniya ilə bərabər ABŞ da Ukraynaya xeyli miqdarda hərbi dəstək göstərib - bu dəstək 350 milyard dollar dəyərindədir. Norveç, İsveç, Litva, Estoniya, Latviya, Polşa, Çexiya və İspaniya da Ukraynaya kifayət qədər hərbi dəstək göstəriblər. Amerikalı hərbi ekspert Martin O’Donnell qeyd edib ki, Qərb Ukraynanın əks-hücum əməliyyatı üçün təxminən 600 növ silah verib.
Ukrayna nə qədər ərazi itirib?
Ukraynanın “DeepState” layihəsinin məlumatına görə, Rusiya 2022-ci ilin fevralından bəri Ukraynanın 68,5 min kv km ərazisini ələ keçirib. Bu da təxminən 11,35 ə bərabərdir. Krım, Donetsk və Luqansk vilayətlərinin əvvəlki dövrlərdə ələ keçirilən hissələri də nəzərə alındıqda Rusiya Ukraynanın ümumilikdə 18,6 ərazisinə nəzarət edir. ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun məlumatında isə qeyd olunur ki, Rusiya ordusu 2024-cü ilin əvvəlindən Ukraynada təxminən 100 kvadratkilometr irəliləyə bilib. Ukrayna Prezidenti Volodimir Zelenski isə son Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Ukraynanın 2024-cü ildə 4 min kvadratkilometr ərazi itirdiyini deyib. ABŞ analitikləri belə qənaətə gəliblər ki, Rusiya 2014-cü ildən bəri Ukrayna ərazisinin təxminən 20 faizini - 120 min kvadratkilometrini öz nəzarəti altına alıb.
Rusiya və Ukraynanın itkiləri
Ukrayna və Rusiyanın canlı itkilərinə gəlincə, bununla bağlı müxtəlif qeyri-rəsmi rəqəmlər səsləndirilir. “Economist” nəşri məlumat verir ki, Ukrayna bu müharibədə 60 - 100 min arası əsgər, Rusiya isə 140 mindən çox əsgər itirib. “Wall Street Journal” -ın araşdırmasında bildirilir ki, bu müharibədə 80000 Ukrayna, 200000 Rusiya hərbçisi həlak olub, hər iki tərəfin yaralanan hərbiçilərin sayı isə cəmi 800 mindir. Beynəlxalq “Statistics” agentliyinin son statistik rəqəmlərində müharibə başladıqdan bəri Ukraynada Rusiyanın hücumları nəticəsində 12910 mülki şəxsin həlak olduğu, 30 min 700 nəfərin isə yaralandığı qeyd olunur.
“Patriot” sistemləri Ukrayna üçün faydalı olacaq?
Son zamanlar Rusiyanın Ukraynanın şəhərlərinə dron və raket hücumları intensivləşib. Hücumlar nəticəsində xeyli dinc sakin həlak olub. Sözsüz ki, belə bir halda Ukrayna Rusiyanın raket hücumlarını dəf etmək “Patriot”və ya o hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var. Məsələ ilə bağlı politoloq Zaur Məmmədov qəzetimizə şərhində bildirib ki, bu sistemlər köməyini göstərə bilər, amma: “Təbii ki, “Patriot” sistemləri Ukraynanın köməyinə çata bilər. Bu sistemlər ilə Rusiyanın raket hücumlarının qarşısını almaq mümkündür. Amma Ukrayna təkcə müdafiə yox, həmçinin hücum xarakterli silahlara da ehtiyac duyur. Hesab edirəm ki, NATO Ukraynanın silahlanmasında hücum xarakterli silahlara üstünlük verməlidir. NATO Ukraynanı müəyyən miqdarda bu silahlar ilə təmin etsə də, ümumilikdə, silahların tədarükünü gecikdirir. Bu da ABŞ-ın indiki administrasiyasının mövqeyindən irəli gəlir. NATO bu məsələdə Vaşinqtonla məsləhətləşmək məcburiyyətindədir. Əgər Ağ Ev razılıq verərsə, NATO Ukrayna ordusunun əks-hücumunu gücləndirmək üçün Kiyevi daha effektli silahlarla təmin edəcək”. Politoloq əlavə edib ki, Rusiya-Ukrayna cəbhəsində vəziyyət ağır olaraq qalır: “Ukrayna daha çox silahlarla təmin oluna bilər, ancaq bu müharibənin taleyi Rusiya-ABŞ danışıqlarından asılıdır. Yəni bu müharibənin sona çatmasında Putin və Trampın ortaq məxrəcə gəlməsi daha çox mühüm rol oynayacaq. Rusiya heç bir zaman nəzarətə götürdüyü ərazilərdən geri çəkilməyəcək və Ukraynanın cənub-şərq ərazilərini özünü birləşdirmək niyyətindədir. Moskva ABŞ-la danışıqlar masasında öz şərtlərini diktə etməyə davam edəcək. ABŞ da Ukraynanı güzəştə getməyi məcbur edir. Hazırda görünən budur ki, müharibə yaxın aylarda da davam edəcək. Çünki hər iki tərəf hədəflərinə çatmaq üçün mübarizəni şiddətləndirir”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxHadisə
01 Noyabr 18:22
Dünya
01 Noyabr 17:41
Dünya
01 Noyabr 16:29
Dünya
01 Noyabr 15:37
Sosial
01 Noyabr 14:19
Dünya
01 Noyabr 13:45
YAP xəbərləri
01 Noyabr 13:28
Gündəm
01 Noyabr 12:48
İqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

