Brüssel Ukraynanın büdcə kəsirini ödəyəcək
11.07.2025 [08:59]
Aİ Ukraynada nə məqsəd güdür?
Avropa İttifaqı 2026-cı il üçün Ukraynanın 19 milyard dollarlıq büdcə kəsirini ödəmək niyyətindədir. Belə ki, “Financial Times” nəşrinin məlumatına görə, Avropa Komissiyası hazırda Aİ-yə üzv dövlətlərlə müxtəlif maliyyə variantlarını müzakirə edir. Müzakirə predmentinə büdcədənkənar qrantlar şəkilində Ukraynaya hərbi dəstəyin göstərilməsi, Kiyev üçün mövcud olan 50 milyard dollarlıq G7 dəstək proqramından kreditlər üzrə avanslar və dondurulmuş Rusiya aktivlərindən istifadə daxildir. Nəşrin məlumatında qeyd olunur ki, Brüssel Ukraynanın yenidən qurulmasının maliyyələşdirilməsinə dair həftəsonu Romada keçiriləcək sammit ərəfəsində yeni maliyyə mənbələri tapmağa çalışır. Xüsusilə qeyd etmək lazımdır ki, Avropa Komissiyası Ukraynaya maliyyə dəstəyini davam etdirmək üçün Avropa İttifaqının 2028-2034-cü illər üçün növbəti yeddiillik büdcə layihəsinə 100 milyard avro məbləğində ayrıca bənd daxil edib. “Bloomberg” agentliyi iddia edir ki, Avropa Komissiyasının bu addımı Ukraynada iqtisadi-siyasi vəziyyətin nizamlanmasının zərurətindən irəli gəlir. Beynəlxalq Valyuta Fondu isə Ukraynanın gələn il üçün maliyyə ehtiyaclarının, döyüşlərin yalnız bu il və ya 2026-cı ilin ortalarında başa çatacağı təqdirdə ödəniləcəyini bildirib. İyulun əvvəlində Ukrayna Beynəlxalq Valyuta Fondundan 500 milyon dollarlıq növbəti maliyyə tranşını alıb. Ukraynanın Baş naziri Denis Şmıqal yerli KİV-lərə açıqlamasında bildirib ki, həmin vəsait büdcənin prioritet ehtiyaclarını ödəmək üçün istifadə olunacaq.
Xatırladaq ki, Rusiya-Ukrayna münaqişəsi başlayandan bəri Avropa İttifaqının və onun üzvü olan dövlətlərin Ukraynaya maliyyə, iqtisadi və hərbi yardımı 160 milyard avro təşkil edib - bu vəsaitlər çoxsaylı fərdi proqramlar, kredit şəklində ayrılıb.
100 milyardlıq fond
Məsələ ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin siyasi eksperti Sultan Zahidov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Brüssel Ukraynanı bütün növ yardımlarla təmin etmək üçün xüsusi fond yaratmaq niyyətindədir. “Bu yaxınlarda Brüsseldə Avropa İttifaqına üzv ölkələrinin maliyyə nazirlərinin baş tutan son görüşündə Ukraynaya maliyyə-iqtisadi, hərbi və humanitar yardımların daha da genişləndirilməsi ilə bağlı ətraflı müzakirələr aparılıb. Bu görüşdə Ukrayna üçün 100 milyard avro dəyərində fondun yaradılması təklif olundu. Belə fikir yürüdülüb ki, 2028-2034 - cü illərdə Kiyevin maddi ehtiyacları və tələbatları bu fondun vəsaiti hesabına mərhələli şəkildə ödənilsin. Bu, kifayət qədər böyük məbləğdir,” - deyə S.Zahidov əlavə edib ki, hazırda belə bir fond ilkin təklif kimi irəli sürülür; “Aİ-nin üzv ölkələrinin rəhbərlərinin və nazirlərinin gələcək görüşlərində bu məsələ ətrafında geniş fikir mübadiləsi aparılacaq. Bu təklifin həyata keçib-keçməyəcəyinə gəlincə, bu, Aİ-nin üzv ölkələrinin ümumi mövqeyindən asılı olacaq”. Ekspert, həmçinin bildirib ki, Ukraynaya G7-nin ERA proqramı çərçivəsində də maliyyə dəstəyi göstərilir: “G7 ölkələri Ukraynaya 50 milyard dollar dəyərində maliyyə yardımı ayırıblar. Artıq bu vəsaitin 17 milyardı Kiyevə verilib. Kanada əlavə olaraq, Ukraynanı 1.4 milyard dollar ilə təmin edib. Sözsüz ki, G7-nin ERA proqramı çərçivəsində Ukraynaya ayrılan maliyyə vəsaitləri Rusiyanın dondurulmuş aktivlərindən əldə olunur. O ki qaldı Ukraynanın 19 milyard dollarlıq büdcə kəsirinin Brüssel tərəfindən ödənilməsinə, hesab edirəm ki, Brüssel bu kəsiri qrantlar şəkilində ayrılan yardımlar, o cümlədən G7-nin ERA proqramının maliyyə vəsaitləri və Rusiyanın dondurulmuş aktivləri hesabına ödəməyə çalışacaq”.
BVF Ukraynaya yardımı davam etdirəcək, amma....
“Bu günə qədər Beynəlxalq Valyuta Fondu Ukraynaya 15.6 milyard dollar dəyərində maliyyə dəstəyi göstərib. BVF Ukraynaya maliyyə yardımlarını davam etdirəcək. Amma nəzərə almaq lazımdır ki, təşkilatın işləri təkcə Ukrayna ilə məhdudlaşmır. BFV digər kasıb ölkələrin də ehtiyaclarını qarşılamalıdır. Ona görə də Kiyev BFV-yə tam arxayın olmamalıdır,”- deyə S.Zahidov vurğulayıb.
Aİ-nin məqsədi
Ekspert hesab edir ki, Avropa İttifaqının Ukraynaya maliyyə-iqtisadi yardımları davam etdirməsi, xüsusilə Ukraynanın büdcə kəsirini ödəməyi öz üzərinə götürməsi bir sıra məqsədlərə istiqamətlənib: “Aİ istəyir ki, Ukrayna Rusiya ilə müharibədə ağır məğlubiyyətə düçar olmasın, daha çox ərazi itirməsin və Rusiyaya daha qətiyyətli müqavimət göstərsin. Eyni zamanda, Brüsseldə hesab edirlər ki, Avropa çox böyük təhlükə ilə üz-üzə qalıb və bu təhlükədən özlərini sığortalamaq istəyirlər. Ona görə də Aİ Ukraynaya maliyyə-iqtisadi və hərbi yardımları davam etdirməkdə maraqlıdır. Aİ-nin Ukraynaya yardımları təxminən 160 milyard avroya çatıb”.
Aİ bu yükü ABŞ və BVF ilə bölüşəcək?
Bu məsələ ilə bağlı ekspertin fikrinə gəlincə, o, qeyd edib ki, Aİ Ukraynada yenidənqurma işlərinin maliyyələşdirilməsində ən ağır yükü öz üzərinə götürmək məcburiyyətində qala bilər: “Hesab etmirəm ki, BVF bu məsələdə Aİ ilə birlikdə hərəkət edəcək. ABŞ-ın mövqeyi isə qeyri-müəyyən olaraq qalır. Əsas yük Brüsselin üzərinə düşəcək. Bunun nə dərəcədə effektiv olub-olmayacağını yalnız zaman göstərəcək”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxXəbər lenti
21 Yanvar 21:54
Maraqlı
21 Yanvar 21:19
İqtisadiyyat
21 Yanvar 20:40
Xəbər lenti
21 Yanvar 20:35
Dünya
21 Yanvar 20:16
İqtisadiyyat
21 Yanvar 19:52
Dünya
21 Yanvar 19:30
Dünya
21 Yanvar 19:27
İdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12

