ABŞ və Çin yenidən bir araya gələcək
25.07.2025 [09:35]
ABŞ və Çin rəsmiləri yenidən bir araya gələcək. Belə ki, qarşıdakı həftənin əvvəlində İsveçin paytaxtı Stokholm şəhərində iki ölkə arasında gömrük rüsumlarına və ticari münasibətlərinə dair danışıqlar aparılacaq. ABŞ-ın maliyyə naziri Skott Bessent “Fox Business” telekanalına müsahibəsində bildirib ki, görüş bazar ertəsi və çərşənbə axşamı baş tutacaq. ABŞ rəsmisinin sözlərinə görə, əsas müzakirə mövzusu avqustun 12-də başa çatacaq müvəqqəti ticarət sazişinin müddətinin mümkün uzadılması olacaq. Bununla yanaşı, danışıqlar zamanı Çinin Rusiya və İrandan neft alması, ticarət balansının pozulması və nadir torpaq metallarının ixracına qoyulan məhdudiyyətlər kimi həssas məsələlərə də toxunula bilər.
İsveçin Baş naziri Ulf Kristersson tərəfləri salamlayaraq dialoqun vacibliyini vurğulayıb: “ABŞ və Çinin qarşılıqlı anlaşma istiqamətində səyləri yaxşı haldır. Bu danışıqlar təkcə iki ölkə üçün deyil, bütün qlobal iqtisadiyyat üçün vacibdir”, - deyə U.Kristersson qeyd edib.
ABŞ və Çin üçün prioritet məsələlər
Məsələ ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin siyasi eksperti Sultan Zahidov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Stokholm görüşündə üç əsas məsələ ətrafında müzakirə aparılacaq. “Önümüzdəki həftədə - iyulun 27 və 28-də İsveçin paytaxtı Stokholmda ABŞ və Çinin yüksək rəsmiləri arasında ticarət və gömrük məsələlərinə həsr olunan görüş baş tutacaq. Bu görüşün əsas mövzusu iyunun 27-də ABŞ ilə Çin arasında imzalanan ilkin ticarət sazişinin müddətinin uzadılması olacaq. Bu sazişin müddəti avqustun 12-də tamamlanır. Qeyd edim ki, sazişdə bir çox önəmli məsələlər üzrə razılıq əldə olunmuşdu. Belə ki, rəsmi Vaşinqton Çinin ABŞ-a nadir torpaq metallarının ixracına “yaşıl işıq” yandırmışdı. Ümumiyyətlə, nadir metallar ABŞ-da mikro çiplərin, elektrik avtomobillərin və müdafiə xarakterli məhsulların istehsalında vacib elementlər hesab olunur. Eyni zamanda, ABŞ Çinə tətbiq etdiyi ticari, texnoloji və viza məhdudiyyətlərini aradan götürmək üçün öhdəlik də götürmüşdü. Hər iki ölkə gömrük məsələsində də razılığa gəlmişdilər. Sazişə əsasən, ABŞ Çin məhsullarına gömrük rüsumlarını 30 faiz, Çin isə ABŞ məhsullarına gömrük rüsumlarını 10 faiz azaltmışdı. Bu da, sözsüz ki, ABŞ ilə Çin arasında iqtisadi gərginliyin yumşalması üçün xüsusi əhəmiyyət kəsb edir. Stokholm görüşündə bir sıra önəmli məsələləri özündə ehtiva edən sazişin müddətinin 90 gün və ya daha çox uzadılması ilə bağlı məsələyə daha çox diqqət yetiriləcək,” - deyə S.Zahidov vurğulayıb. Ekspertin sözlərinə görə, görüşdə, həmçinin Rusiya-Çin münasibətlərinə və ticarət balansının pozulması məsələsinə də toxunalacaq: “Bildiyimiz kimi, Ağ Evin rəhbəri Rusiyaya 50 gün möhlət verib - o, bu yaxınlarda çıxışında bəyan edib ki, Moskva bu müddət ərzində danışıqlar masası arxasına gəlməsə, Rusiya ilə ticarət edən, xüsusilə bu ölkədən neft idxal edən ölkələrə, eləcə də Çinə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq ediləcək. Təbii ki, rəsmi Pekinin bu məsələdə Vaşinqtona güzəştə getməyi inandırıcı deyil. Pekin ABŞ-a görə Rusiya ilə münasibətlərini korlaması gözlənilən deyil”.
Ekspert əlavə edib ki, Çin ilə ticarət balansının nizamlanması Tramp administrasiyasının gündəliyində ən önəmli məsələlərdən biridir. “Xatırladım ki, Tramp hələ seçki qabağı kampaniyasında Çini ticarət balansını pozmaqda günahlandırırdı - o, bəyan edirdi ki, Çin qlobal bazarda daha çox məhsul satır, nəinki alır. Ağ Evdə hesab edirlər ki, ticarət balansının pozulması Çinin lehinə işləyir”.
Əməkdaşlıq, yoxsa rəqabət
“ABŞ və Çin geosiyasi, geostrateji və geoiqtisadi cəhətdən bir-birinə rəqibdir. Qlobal iqtisadi rəqabətdə Çin ABŞ ilə bərabər irəliləyir. Demək olar ki, Çin məhsulları qlobal bazarlarda ABŞ məhsullarına nisbətən daha çox satılır. Bu da ABŞ iqtisadiyyatına dolayı yolla öz mənfi təsirini göstərir. ABŞ strateqləri hesab edirlər ki, ABŞ-ın əsas qlobal rəqibi Çindir. Hətta ABŞ-ın sabiq dövlət rəsmisi və beynəlxalq münasibətlər üzrə tanınmış mütəxəssisi Henri Kissincer 2014-cü ildə yazdığı “Dünya Düzəni” kitabında qeyd etmişdi ki, ABŞ hazırki qlobal strategiyasını Çinlə geosiyasi və geoiqtisadi rəqabət üzərində qurmalıdır. Çin iqtisadiyyatının inkişafı onun qlobal təsir imkanlarına malik olan hərbi-siyasi güc mərkəzinə çevrilməsinə yol açır. Bu da ABŞ üçün arzuolunan deyil. Bu baxımdan qlobal iqtisadiyyatın tənzimlənməsində ABŞ-Çin əməkdaşlığı mümkün görünmür”, - deyə S.Zahidov bildirib.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

