Cenevrədə Qadın Parlament Sədrlərinin 15-ci Sammiti keçirilib
29.07.2025 [13:09]
İyulun 28-də İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Qadın Parlament Sədrlərinin 15-ci Sammiti keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, sammitdə 29 ölkənin qadın spikerləri, bir sıra beynəlxalq təşkilatların qadın rəhbərləri daxil olmaqla, ümumilikdə, 350-yə yaxın nümayəndə iştirak edib.
Tədbirdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova sammitin əhəmiyyətindən danışaraq, hazırda dünyanın bir sıra münaqişələr, müharibələr və humanitar böhranlar ilə üz-üzə qaldığı şəraitdə qadınların xüsusilə həssas vəziyyətdə olduqlarını söyləyib. Onun sözlərinə görə, bir çox yerlərdə qadınlar zorakılıqdan, köçkünlükdən, sosial təminat vasitələrini, təhsil, səhiyyə və müdafiə imkanlarını itirməkdən əziyyət çəkirlər. Münaqişələr illər keçdikcə mövcud gender bərabərsizliyini daha da dərinləşdirir, qadın hüquqları sahəsində əldə olunan nailiyyətlərin üstündən xətt çəkir.
Azərbaycanda qadınların bu acı həqiqəti yaxşı bildiklərini qeyd edən Milli Məclisin sədri xatırladıb ki, ötən əsrin 90-cı illərinin əvvəllərində ərazilərimizin 20 faizinin qonşu Ermənistan tərəfindən işğalı təkcə bu ərazilərin məhv edilməsi ilə deyil, həm də etnik təmizləmə, əhalinin məcburi köçü və humanitar böhranla nəticələnib. Təxminən 1 milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bu əhalinin 52 faizini təşkil edən qızlar və qadınlar evlərini, ailələrini və təhlükəsizliklərini itiriblər.
Azərbaycanın 1918-ci ildə əksər Avropa ölkələrindən öncə qabaqlayaraq, qadınlara səsvermə hüququ verən ölkə olduğunu deyən S.Qafarova ölkəmizin qadınların hüquqlarının və onların ictimai həyatın bütün sahələrində fəal iştirakının təmin edilməsinə sadiq olduğunu söyləyib. Diqqətə çatdırılıb ki, Azərbaycan 2020-ci ildə ərazi bütövlüyünü bərpa etdikdən sonra işğaldan azad olunmuş ərazilərin bərpası, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması ilə bağlı tədbirləri uğurla həyata keçirir. Bu gün bu ərazilərdə 50 mindən çox insan yaşayır, işləyir və təhsil alır. Qadınlar isə sosial-iqtisadi infrastrukturun yaradılmasında, təhsil və tibb müəssisələrinin fəaliyyətində, davamlı inkişaf, işğaldan azad olunmuş ərazilərdə mədəni irsin bərpası təşəbbüslərinin həyata keçirilməsində fəal rol oynayırlar.
Bundan başqa, baxılmaqda olan “Gender bərabərliyinin təmin edilməsi üzrə Milli Fəaliyyət Planı”nın layihəsində işğaldan azad edilmiş ərazilərə qayıdan qadınların məşğulluğunun təmin edilməsi, onların rəqəmsal bacarıqlarının artırılması, ehtiyaclarının müəyyən olunması üçün tədqiqatların aparılması və digər məsələlərin öz əksini tapdığını söyləyən S.Qafarova vurğulayıb ki, Ermənistan tərəfindən basdırılan 1,5 milyon mina hələ də görülən işlərə əsas maneə olaraq qalır. Ərazilərin minalardan təmizlənməsində, böyük insan və maliyyə resurslarının cəlb olunması lazım olan tədbirlərdə də Azərbaycan qadınları iştirak edirlər.
Spiker diqqətə çatdırıb ki, bütün çətinliklərə baxmayaraq, qadınların iştirakı olmadan dayanıqlı dünya qurmaq mümkün deyil. Qadınların proseslərə fəal cəlb olunması zorakılıq risklərini azaltmağa kömək etməklə yanaşı, uzunmüddətli inkişaf üçün möhkəm zəmin yaradır.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
20 Yanvar 16:54
Dünya
20 Yanvar 16:23
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Gündəm
20 Yanvar 11:51
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58
Sosial
19 Yanvar 15:39
YAP xəbərləri
19 Yanvar 15:38
YAP xəbərləri
19 Yanvar 15:31
YAP xəbərləri
19 Yanvar 15:29
YAP xəbərləri
19 Yanvar 15:24
YAP xəbərləri
19 Yanvar 15:23
Gündəm
19 Yanvar 15:13
Sosial
19 Yanvar 14:35

