Urmiya gölünü bərpa etmək mümkündürmü?
09.09.2025 [09:31]
İranın Qərbi Azərbaycan vilayətində yerləşən Urmiya gölü tamamilə quruyub. Dünyanın ən böyük duzlu göllərindən olan Urmiya gölünün qurumasına dair peyk görüntüləri İran mediasında yayımlanıb. Xatırladaq ki, daha əvvəl İran rəsmiləri görülən tədbirlər nəticə verməsə, gölün yayın axırına qədər quruyacağını bildirmişdilər. Belə ki, iyul ayında Qərbi Azərbaycan vilayəti Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru Höccət Cabbari “Tasnim” agentliyinə Urmiya gölünün bərpasının mümkün olmayacağını demişdi. Onun sözlərinə görə, kənd təsərrüfatı sektorunda su ehtiyatlarının idarə olunması, Energetika Nazirliyi və aqrar təşkilatlar tərəfindən suyun toplanması eyni şəkildə qalarsa, vəziyyət dəyişməyəcək. Bildirilib ki, yağıntıların kəskin azalması, buxarlanmanın artması, bağların və kənd təsərrüfatı torpaqlarının inkişafının davam etməsi, Urmiya gölünün bərpası üzrə Komitənin qərarlarının yerinə yetirilməməsi bir çox mütəxəssisləri onun bərpasının mümkün olmayacağı qənaətinə gətirib. Yanaşma bundan ibarətdir ki, ən yaxşı halda Urmiya mövsümi göl olacaq, “yalnız toz fırtınalarının qarşısını alan su hövzəsi kimi dibi nəm qalacaq”. Xatırladaq ki, İran hökuməti illər öncə gölün bərpası üçün 6 milyard dollar büdcəli böyük ekoloji layihəyə başlasa da, ölkədə davam edən quraqlıq səbəbindən istənilən nəticə əldə olunmayıb.
Duzluluğuna görə dünyada üçüncü böyük göl...
İndiyədək Urmiya gölünün bərpası üzrə qərargahda 27 qərar qəbul edilib. Urmiya gölü üzrə Milli İşçi Qrupunun katibi Reza Rəhmani deyib ki, Urmiya gölü hamı üçün vacibdir və bizim ən mühüm missiyamız onun bərpası planlarını həyata keçirməkdir.
Qeyd edək ki, Urmiya gölünün sahilləri Təbriz, Urmiya, Xoy, Marağa, Qoşaçay, Soyuqbulaq, Xana, Salmas, Uşnu və Sulduz kimi bölgələri əhatə edir. Bölgə ən münbit və əkin üçün yararlı bölgələrdən sayılırdı. Qurumazdan əvvəl Urmiya gölünün uzunluğu 140 km, eni 55 km, ümumi sahəsi 5822 kvadratkilometr, ən dərin yeri isə 16 metr olub. Gölə ümumilikdə 13 iri və çoxlu sayda kiçik çay tökülürdü. Bu su hövzəsi çox zəngin flora və faunası ilə tanınırdı. Nadir heyvanlar və bitkilər var idi. Göl duzluluğuna görə dünyada üçüncü yeri tuturdu. Yaxın və Orta Şərqin bu təbiət incisində su səviyyəsinin azalması 1984-cü ildən müşahidə edilməyə başlayıb. Onda mütəxəssislər, ictimai fəallar, sakinlər həyəcan təbili çalmağa başladılar, BMT-yə qədər müraciət edildi. Amma nəticə əldə edilməyib.
Artıq ərazidə Urmiya duzluğu, şoranlığı yaranıb. Gölün əhatəsindəki əkinçilik üçün yararlı olan minlərlə hektar torpaq sahəsi şoranlaşıb. Gölün qurumaması üçün ildə ən azı 6,000,000 kubmetr suya ehtiyac duyulur. Bu qədər su illərdir bu gölə tökülmür. Urmiya Universitetinin professoru Nasir Ağ mətbuata açıqlamasında deyib ki, artıq gölün tam şəkildə bərpası heç vaxt mümkün olmayacaq və ən yaxşı halda onun kiçik bir hissəsi xilas edilə bilər. Başqa bir iranlı mütəxəssis Şahin Rəcayi isə regionun kənd təsərrüfatında su məsrəfini 40 faiz azaltmaqla Urmiya gölünü xilas etməyin mümkünlüyünü vurğulayıb, bu da, əslində mövcud şəraitdə baş tutması real olmayan bir məsələdir.
Çay axımları bərpa edilməlidir
Mövzu ilə bağlı coğrafiya elmləri doktoru Səid Səfərov bildirib ki, vaxtilə Urmiya gölü geniş turizm və sənaye infrastrukturuna malik olmaqla ölkə iqtisadiyyatında və ətraf ərazilərdə yaşayan əhalinin rifahında nəzərəçarpacaq rol oynayıb. Bu baxımdan, hazırda gölün quruması böyük narahatlıq doğurur. Alim hesab edir ki, dünyanın əksər qapalı su hövzələrində buna oxşar proseslər gedir: “Məlumdur ki, qapalı su hövzələrində səviyyə onun su balansı ilə müəyyən olunur. Su balansının gəlir hissəsini gölə tökülən çay axımları və onun səthinə düşən atmosfer yağıntıları, çıxar hissəsini isə gölün səthindən buxarlanma təşkil edir. Su balansının gəlir hissəsi çıxardan böyük olduqda gölün səviyyəsi qalxır, çıxar hissəsi böyük olduqda isə aşağı düşür. Son dövrlərdə Urmiya gölünün su balansının gəlir hissəsi kəskin şəkildə azalmaqda, çıxar hissəsi isə artmaqda idi. Buna səbəb kimi həm təbii, həm də antropogen amilləri göstərmək olar. Əgər gölün səthinə düşən yağıntıların azalması və səthdən buxarlanmanın artması təbii amillərlə, daha doğrusu, iqlim dəyişmələri ilə izah oluna bilirsə, çay axımlarının azalması həm təbii, həm də antropogen amillərlə əlaqələndirilə bilər. Quraqlıq səbəbindən və kənd təsərrüfatı məqsədləri üçün sudan həddindən artıq dərəcədə istifadə ilə əlaqədar əksər çayların suyu artıq gölə gəlib çatmır. Əkin sahələrinin ildən-ilə artırılması və sudan istifadədə nizamsızlıq bu problemi daha da dramatikləşdirir. Beləliklə, Urmiya gölünün qismən də olsa, xilas edilməsi üçün ona tökülən çay axımları bərpa edilməlidir”.
Biomüxtəliflik ciddi zərər görüb
Ekoloq Rövşən Abbasov da bildirib ki, Urmiya gölü qapalı hövzəyə malik su hövzəsidir. Onun sözlərinə görə, Xəzər dənizi və Aral gölü kimi, Urmiya gölü də qapalı hövzəyə daxildir. Yəni göl bir neçə çayın sularını qəbul edir. Gölün hövzəsinə isə əsasən üç böyük çay axır.
Ekspert qeyd edib ki, çaylardan həddindən artıq su götürülməsi nəticəsində Urmiya gölünün su balansı ciddi şəkildə pozulub: “Xüsusilə, ötən əsrin 90-cı illərindən başlayaraq gölə tökülən çaylar üzərində çoxlu sayda bəndlər və su anbarları tikilib. Eyni zamanda, kənd təsərrüfatı üçün böyük həcmdə su götürülməyə başlanıb. Bütün bunlar gölün su səviyyəsinin tədricən aşağı düşməsinə səbəb olub. Nəticədə göldə duzluluq artıb, quruyub və ekosistemlə yanaşı, biomüxtəliflik də ciddi zərər görüb”.
Ekspertin fikrincə, Urmiya gölünü xilas etməyin yeganə yolu onun təbii su balansını bərpa etməkdir: “Lakin hazırkı şəraitdə bu, real görünmür. Bu səbəbdən verilən proqnozlara görə, Urmiya gölünün də taleyi Aral gölünün aqibətinə bənzəyəcək və onun tamamilə quruması qaçılmaz olacaq. Başqa sözlə, gölün hazırkı vəziyyəti regionda aparılan yanlış və sərt ekoloji siyasətin nəticəsidir ki, bunun acı fəsadlarını da ilk növbədə yerli əhali yaşayır”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

