İran və BAEA razılığa gəldi
12.09.2025 [10:16]
Tehran güzəştə gedib?
Yaxın zamanda Beynəlxalq Atom Enerji Agentliyi İrana öz müfəttişlərini göndərəcək. Belə ki, BAEA-nın baş direktoru Rafael Qrossi agentliyin Rəhbərlər Şurasının iclasında çıxışı zamanı bildirib ki, BAEA İranla iyun ayında hücuma məruz qalmış İsfahan, Natanz və Fordo nüvə obyektlərinin yoxlanılması prosedurlarını razılaşdırıb. “Texniki sənəd yoxlamaların aparılması, bildirişlərin ötürülməsi və həyata keçirilməsi prosedurlarının aydın başa düşülməsini təmin edir. Yoxlamalar hücuma məruz qalmış obyektlər də daxil olmaqla İrandakı bütün nüvə obyektləri və qurğularını, həmçinin orada olan nüvə materiallarını əhatə edəcək”, - deyə o, çıxışında qeyd edib. R.Qrossi vurğulayıb ki, BAEA Tehranın Nüvə silahlarının yayılmaması haqqında müqavilənin iştirakçısı olaraq qalmaq istəyini alqışlayır. Baş direktor əlavə edib ki, danışıqlar zamanı İran bir sıra məsələlərlə bağlı narahatlığını ifadə edib - Qrossi bu narahatlıqları dinləməyin, onların həlli yollarını tapmağın agentliyin borcu olduğunu deyib. İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi isə qeyd edib ki, Misirin vasitəçiliyi ilə BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi ilə əldə edilən yeni razılaşma İranın təhlükəsizlik maraqlarını nəzərə alır, nüvə hüquqlarını tanıyır və parlamentin qəbul etdiyi qanuna tam uyğundur. “Sənədin əsas üstünlüyü İranın qanuni narahatlıqlarının tanınması və onların aradan qaldırılmasının tələb olunmasıdır. Yeni razılaşma parlamentin qəbul etdiyi qanuna uyğun olaraq əməkdaşlığın İranın Atom Enerji Təşkilatının təsdiqi ilə həyata keçirilməsini nəzərdə tutur”,- A.Əraqçi qeyd edib.
ABŞ və İsrailin hücumlarından sonra İran hakimiyyəti bəyan edirdi ki, Tehran BAEA ilə imzalanan müqavilədən çıxacaq və agentliyin müfəttişlərini ölkəyə buraxmayacaq. Amma BAEA ilə keçirilən son danışıqlarda İran agentliyin müffətişlərini ölkədəki bütün nüvə obyektlərində monitorinq aparmağa razılıq verib. Görünür, Tehran BAEA-ya bu məsələdə güzəştə gedib.
Məsələ ilə bağlı Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, hazırkı vəziyyətdə İran hakimiyyəti bir neçə faktora görə BAEA ilə razılaşmaya gedib. “Bunlardan ən əsası beynəlxalq təzyiq və sanksiyaların yenidən tətbiq edilməsi riskidir. Avropa ölkələri - xüsusilə E3 (Fransa, Almaniya, Böyük Britaniya) İrandan BAEA-nın nüvə obyektlərində monitorinqinin bərpasını tələb edirdilər və bununla yanaşı, Tehrana xəbərdarlıq edirdilər ki, buna imkan verilməyəcəyi təqdirdə BMT-nin əvvəlki sanksiyaları yenidən qüvvəyə minəcək. İran parlamenti də bir qanun qəbul etmişdi ki, BAEA ilə hər hansı əməkdaşlıq Seym və İranın Ali Təhlükəsizlik Şurasının razılığı ilə həyata keçməlidir. Bu, İranın xarici institutlar üzərində daha çox nəzarət imkanı əldə etməsinə yönəlik bir addımdır. Razılaşma, görünür, qanunvericilik çərçivəni tanıyan bir formata keçidi ehtiva edir. BAEA ilə razılaşma əldə edildikdən sonra İran rəsmiləri bildirirlər ki, yeni müqavilə onların nüvə texnologiyası haqqını, qanunvericiliyə uyğunluğunu və İranın Ali Təhlükəsizlik Şurasının təsdiqini nəzərə alır. İran hazırkı şəraitdə BAEA ilə razılığa getməklə həm beynəlxalq təzyiqi yumşaltmaq, həm nüvə obyektlərindəki vəziyyəti gizliliyə buraxmamaq, həm də öz qanuni hüquqlarını qorumaq istəyir”.
V.Zifəroğlu vurğulayıb ki, İran ilə BAEA arasında danışıqların növbəti raundu planlaşdırılır. Onun sözlərinə görə, gələcək danışıqlarda yeni məsələlər müzakirə olunacaq. İranın zənginləşdirilmiş uran ehtiyatı, hədəfə alınmış obyektlərdə olan materiallar, obyektlərin vəziyyəti və dağıntıların səviyyəsi ilə bağlı məlumatların verilməsi müzakirə mövzularıdır: “İran vurğulayıb ki, hər hansı əməkdaşlıqda onun obyektlərinə xarici hücum və ya hər hansı “düşmənlik” olmamalıdır. Razılaşmanın davamı üçün belə halların olmaması şərt kimi göstərilir”. Ekspert əlavə edib ki, razılaşma Avropa tərəfləri, BAEA və İran arasında vasitəçi rollarını gücləndirən ölkələrin iştirakı ilə baş tutub. “Daha geniş diplomatik danışıqların başlaması gözlənilir ki, bunlara ABŞ-la dolayı və ya bilavasitə əlaqələr, Avropa ilə danışıqlar və NPT çərçivəsindəki öhdəliklər daxil ola bilər”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

