Ağrı dağının təsviri möhürlərdən niyə çıxarılıb?
18.09.2025 [09:15]
Bu günlərdə Ermənistan cəmiyyəti yeni gündəmlə çalxalanmaqdadır. Söhbət bu ölkənin sərhəd-keçid möhürlərindəki təsvirlərin dəyişdirilməsindən gedir. Bundan sonra ermənilərin “Ararat” adlandırdıqları Ağrı dağının təsviri artıq bu ölkənin sərhəd - keçid möhürlərində yer almayacaq. Sentyabrın 11-də verilən qərar noyabrın 1-dən etibarən qüvvəyə minəcək. Həmin tarixdən etibarən möhürlərdə dağın təsviri olan hissədə erməni və ingilis dillərində “Ermənistan” sözü, sərhəd-keçid məntəqəsinin adı, keçid tarixi və məntəqənin növünü (hava, dəmir yolu və ya avtomobil) göstərən işarələr yer alacaq.
Heç bir reallığa əsaslanmayan erməni mifləri
Ermənistan cəmiyyəti onilliklər boyunca saxta, heç bir əsası olmayan miflərin əsiri olub, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Erməni lobbisinin, kilsənin onilliklər boyunca insanların şüuruna yeritdikləri belə miflərdən biri də “Dənizdən dənizə Ermənistan” xülyasıdır. Saxta mifologiya əsasında ölkənin sərhədləri xəyali xətlər üzrə hədsiz dərəcədə genişləndirlib. Bu mifologiyada Azərbaycan və Türkiyəyə ərazi iddiaları xüsusi yer tutur. İmperialist güc mərkəzlərinin dəstəyi ilə 1918-ci ildən etibarən indiki Ermənistanın yerləşdiyi tarixi Azərbaycan torpaqlarında bu yerlərin aborigen sakinlərinə - azərbaycanlılara qarşı dörd dəfə dəhşətli deportasiyalar törədilməklə, tarixi dini-mədəni abidələrimiz məhv edilməklə, toponimlər saxtalaşdırılmaqla saxta dövlət qurulub. Ötən əsrin səksəninci illərinin sonu -doxsanıncı illərinin əvvəllərindən etibarən Ermənistan Azərbaycana qarşı yeni ilhaq siyasətinə başlayıb. Yalnız 2020-ci ildə baş verən 44 günlük müharibədə Azərbaycanın tarixi Qələbəsi sayəsində bu ilhaq siyasətinə son qoyulub. Məhz bu Qələbədən sonra Ermənistanın indiki hakimiyyəti reallıqdan çıxış etmək məcburiyyətində qalıb. Son vaxtlarda Baş nazir Nikol Paşinyan erməni miflərindən uzaqlaşmağa, xəyali deyil, real Ermənistanla yaşamağa çağırış edir.
O cümlədən Ağrı dağının təsvirinin Ermənistanın gerbində və digər rəmzlərində yer alması bu ölkənin onilliklər boyunca qardaş Türkiyəyə qarşı ərazi iddialarından çıxış etməsinin əyani təsdiqidir. Ağrı dağının erməni dilindəki ənənəvi adı Masisdir. Tarixi mənbələrə əsasən “Ararat” qədim Urartu dövlətinə aid olan bir anlayışdır, “Masis” isə iran mənşəli sözlərdən qaynaqlanır. Buradan o qənaət hasil olur ki, nə “Masis”, nə də “Ararat” adlarının erməni tarixinə və dilinə hər hansı bir aidiyyatı yoxdur. Erməni miflərini əridən ən böyük reallıq isə Ağrı dağının Türkiyənin ərazisində yerləşməsidir.
Ermənistan müxalifətinin etirazları və hakimiyyətin əsaslandırmaları
Nikol Paşinyanın miflərdən imtina çağırışı, o cümlədən də ölkənin sərhəd-keçid məntəqələrinin möhürlərindən Ağrı dağının təsvirinin götürülməsi Ermənistan müxalifətinin fəallaşması üçün bir fürsətə çevrilib. Ermənistan mətbuatının yazdığına görə, parlamentdə “Şərəfim var” partiyasının deputatı Baş nazirə etimadsızlıq bəyanatı ilə çıxış edib. Nikol Paşinyan milli ideologiyanı və milli kimliyi məhv etməkdə günahlandırılır. Müxalifət düşərgəsi iddia edir ki, bu gedişlə tarixi simvolları arxivlərə göndərən hakimiyyət “Ermənistan” adından da imtina edə bilər.
Bəs hakimiyyətin arqumenti nədən ibarətdir? Bu mövzuda rəy bildirən ekspertlər məlum qərarı Ermənistan - Türkiyə münasibətlərinin normallaşması kontekstində dəyərləndirirlər. Son vaxtlarda normallaşma prosesində önəmli addımlar atılır, o cümlədən ötən əsrin doxsanıncı illərindən bəri bağlı qalan sərhədlərin və kommunikasiyaların açılması ilə bağlı müzakirələr aparılır. Xüsusilə də Vaşinqton razılaşmalarından sonra hər iki tərəf normallaşma prosesi ilə bağlı müsbət siqnallar verirlər. Bütün bunların fonunda Ermənistanın dövlət gerbində, möhürlərində Türkiyəyə məxsus Ağrı dağının təsvirinin yer alması sadəcə mümkün deyil.
Yeri gəlmişkən, Ermənistanın iqtidar düşərgəsindən möhürlərdəki məlum dəyişikliklə bağlı açıqlama verilib. Hökumətin sərhədi keçərkən pasportlara vurulan möhürlərdən Ağrı dağının təsvirinin çıxarılması qərarını qonşu ölkələrə təhlükəli mesajlar göndərməmək üçün verdiyi bildirilir. Ermənistan KİV-nin məlumatına görə, bunu ölkənin hakim “Vətəndaş müqaviləsi” partiyasının katibi Artur Ovannisyan bildirib.
O, bu qərarda heç bir qəsdin olmadığını vurğulayıb. Ağrı dağının təsvirinin Ermənistanın dövlət gerbindən çıxarılması məsələsinə toxunan A.Ovannisyan qeyd edib ki, hələlik belə müzakirələr aparılmır.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

