Pakistan - Əfqanıstan sərhədində nə baş verir?
16.10.2025 [09:35]
Son vaxtlarda ayrı-ayrı platformalarda keçirilən mühüm beynəlxalq tədbirlərdə, o cümlədən də bugünlərdə Misirin ev sahibliyi ilə baş tutan Yaxın Şərq Sülh Sammitində bəşər sivilizasiyasına ciddi təhlükə yaradan müharibələrin dayandırılmasına çağırışlar edilsə də, hələlik üfüqdə sülh görünmür. Əksinə, siyahıya yeni münaqişə ocaqları əlavə olunur ki, bunlardan biri də Pakistanla Əfqanıstan sərhədində baş verənlərdir.
Səbəbsiz açılan atəş
İki ölkə arasında budəfəki qarşıdurma oktyabrın 11-də Əfqanıstan yaraqlılarının Pakistanla dövlət sərhədində törətdiyi təxribatla başlayıb. Silahlı toqquşmalar Anqor-Adda, Badjaur, Kurram, Dir, Çitral (Xeyber Paxtunxva əyaləti) və Baram-Çah (Bəlucistan əyaləti) şəhərlərində baş verib. Pakistan tərəfindən cavab zərbələri operativ və kifayət qədər sərt olub. Belə ki, Taliban yaraqlılarının hücumunu dəf etmək üçün təyyarə və pilotsuz uçuş aparatları havaya qaldırılıb. Bundan başqa, artilleriya, tanklar, yüngül və ağır silahlardan istifadə olunmaqla Əfqanıstandakı yaraqlıların bazalarına zərbələr endirilib.
Pakistan Müdafiə Nazirliyi vəziyyətlə bağlı operativ məlumat yayıb. Bildirilib ki, Əfqanıstan tərəfinin hücumu nəticəsində Pakistan ordusunun 23 hərbçisi həlak olub, 29 nəfər isə yaralanıb. Nazirlik qarşı tərəfin itkilərinin sayının 200-dən çox olduğunu açıqlayıb. Bundan başqa, Pakistan Silahlı Qüvvələri Əfqanıstanla sərhəddə ölkəyə hücumlar həyata keçirmək üçün terrorçu qruplara dəstək verən 19 keçid məntəqəsinə nəzarəti ələ keçirib. Həmçinin Əfqanıstan qüvvələrinin atəş dəstəyi ilə sərhədi keçməyə cəhd edən İŞİD və “Pakistan Taliban” yaraqlılarının qrupları da məhv edilib.
Pakistanın Baş naziri Şahbaz Şərif Əfqanıstanın sərhəd bölgələrindəki təxribatçı hərəkətlərini qınayıb. Baş nazir vurğulayıb ki, hər bir təxribata güclü və təsirli şəkildə cavab veriləcək.
Şahbaz Şərif əlavə edib ki, terror təşkilatları Əfqanıstanda olan bəzi elementlər tərəfindən dəstəklənir. Rəsmi İslamabad Əfqanıstan hökumətindən öz torpağının Pakistan əleyhinə istifadə olunmasına imkan verməməsini gözləyir.
Eyni zamanda, Pakistanın Xarici İşlər Nazirliyi də sərhəd bölgəsində baş verənlərlə bağlı narahatlığını ifadə edib. Bu barədə ölkə Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar “X” sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, Taliban hökumətinin sərhəd boyunca səbəbsiz atəş açması və basqınları ciddi təxribat kimi qiymətləndirilir. Məhəmməd İshaq Darın sözlərinə görə, Pakistanın müdafiə xarakterli cavabı sülhpərvər əfqan mülki əhalisini hədəf almır. Qarşı tərəfdən fərqli olaraq, biz mülki itkilərin qarşısını almaq üçün son dərəcə ehtiyatlı davranırıq”, - deyə XİN rəsmisi vurğulayıb.
Sərhədlərin qeyri-müəyyənliyindən qaynaqlanan münaqişə
Pakistanla Əfqanıstan arasınsa sərhəd münaqişələri bir növ xroniki hal alıb. Belə münaqişələr vaxtaşırı təkrarlanır və hücumlar zamanı çoxlu sayda hərbçi döyüşlərdə həyatını itirir.
Gərginliyin səbəbi isə sərhədlərin qeyri-müəyyənliyi ilə bağlıdır. İki ölkə arasında 2670 km uzunluğundakı sərhədi 1893-cü ildə ingilis müstəmləkəçiləri müəyyənləşdiriblər. Lakin Əfqanıstan “Durand xətti” adlanan sərhədi rəsmi olaraq tanımır. Əfqan yaraqlıları vaxtaşırı “Durand xətti”ni keçməyə çalışırlar. Təbii ki, Pakistan buna seyirçi qalmır və yaraqlıları cavab zərbələri ilə məhv edir. Taliban hakimiyyəti isə bunu Əfqanıstan ərazisinə hücum kimi dəyərləndirir.
Dünya praktikasından məlumdur ki, ayrı-ayrı ölkələr arasında sərhədlərin delimitasiya və demarkasiya olunması prosesi uzun illər ərzində davam edir. Lakin bu, heç də bütün hallarda qanlı toqquşmalara gətirib çıxarmır. Proseslər hökumətlər və müvafiq ikitərəfli komissiyalar vasitəsilə idarə olunur. Bundan ötrü ilk növbədə tərəflərin xoş niyyəti olmalıdır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

