Tramp imzaladı
20.12.2025 [09:32]
Vaşinqtondan rekord hərbi büdcə - 901 milyard dollar
Dünyanın aparıcı güc mərkəzlərindən biri olan ABŞ-ın müdafiə büdcəsi rekord həddə müəyyənləşib. Belə ki, Prezident Donald Tramp 2026-cı il üçün rekord həcmdə - 901 milyard dollarlıq ABŞ Müdafiə Büdcəsini imzalayıb. Xatırladaq ki, 30 sentyabrda başa çatan 2025-ci maliyyə ilində ABŞ-ın müdafiə büdcəsi 884 milyard dollar təşkil etmişdi.
Sənədi imzalayan Tramp bildirib ki, ABŞ müdafiə büdcəsi “Hərb Nazirliyi”nə “güc vasitəsilə sülh” siyasətini həyata keçirməyə imkan verəcək. Qeyd edək ki, büdcə layihəsi dekabrın 17-də Senat tərəfindən qəbul edilib. Senatda keçirilən səsvermədə 77 konqresmen Milli Müdafiə Səlahiyyəti Qanununun (NDAA) lehinə, 20-si isə əleyhinə səs verib. Nümayəndələr Palatası isə layihəni ötən həftə təsdiqləmişdi. Prezidentin imzaladığı sərəncamla isə büdcə tam təsdiq olunub.
Rəqabətin nəticəsi...
Siyasi analitiklər ABŞ-ın müdafiə büdcəsinin rekord həcmdə artırılmasının əsas səbəbini rəqibləri sayılan Çin və Rusiyaya qarşı rəqabət qabiliyyətini gücləndirmək olduğunu bildirirlər. Bundan başqa, yeni büdcədə hərbi qulluqçuların əmək haqqının 3,8 faiz artırılması, yeni hərbi texnikaların alınması da nəzərdə tutulur. Sənəd, həmçinin prezident Trampın bu ayın əvvəlində təqdim etdiyi ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyasının həyata keçirilməsi üçün bir sıra məqamları ilə diqqət çəkir. Xatırladaq ki, ilkin mərhələdə Ağ Ev Konqresdən 2026-cı ilin hərbi xərcləri üçün 892,6 milyard dollar ayırmasını istəmişdi. Senat isə məbləği 925 milyard dollara qədər artırmağı təklif etmişdi.
Ukraynaya 400, Baltikyanı dövlətlərə 175 milyon dollar...
Maraqlıdır ki, yeni büdcədə Ukraynaya hərbi dəstək xüsusi vurğu edilir. Sənəd Kiyevə Ukrayna Təhlükəsizlik Yardımı Təşəbbüsü (USAI) çərçivəsində 800 milyon dolların ( iki il ərzində hər biri 400 milyon dollar olmaqla) ayrılmasını nəzərdə tutur. Bu vəsaitlər Amerika şirkətləri vasitəsilə Ukrayna Silahlı Qüvvələri üçün silah almaq üçün istifadə olunacaq.
Eləcə də Baltikyanı ölkələrin - Estoniya, Latviya və Litvanın müdafiəsi üçün 175 milyon dollar ayrılması nəzərdə tutulub. Bundan əlavə, qanun ABŞ Müdafiə Nazirliyinin Avropadakı Amerika qoşunlarının sayını 76.000-dən aşağı salmaq imkanını məhdudlaşdırır. Avropadakı ABŞ komandanının NATO-nun Ali Müttəfiq Komandanı vəzifəsindən imtina etməsi də qadağan edilir.
Qeyd edək ki, yeni büdcə qanununda Trampın ABŞ Müdafiə Nazirliyinin adının “Müharibə Nazirliyi” olaraq dəyişdirilməsi təklifindən bəhs edilmir. ABŞ administrasiyası artıq bu addan istifadə etsə də, müdafiə naziri Pit Heqset özünü “Müharibə üzrə dövlət katibi” adlandırsa da, dəyişiklik rəsmi olaraq Konqres tərəfindən təsdiqlənməlidir.
“Qızıl Günbəz” reallaşır?
Yeni büdcədə həm də “Qızıl Günbəz” raketdən müdafiə sisteminin maliyyələşdirilməsi də əks olunur. Qeyd edək ki, “Qızıl Günbəz” Amerika materikini bütün növ raketlərdən (ballistik, kruiz və hipersəs) tam qoruyacaq çoxqatlı raketdən müdafiə sistemidir. Proqram Şimali Amerika qitəsini nüvə raketləri də daxil olmaqla ballistik, hipersəs və kruiz raketlərindən, eləcə də dronlardan qorumağı hədəfləyir. Kosmik sensorlara və tutuculara əsaslanır. Qeyd edək ki, Donald Tramp hələ birinci prezidentliyi dövründə oxşar raketdən müdafiə qalxanının hazırlanması təklifini irəli sürsə də, layihə reallaşmamışdı. Prezidentliyinin ikinci dönəminin icrasına başlar-başlamaz, bu ilin yanvarın 27-də Tramp qlobal raketdən müdafiə sisteminin yaradılması ilə bağlı sərəncam imzaladı. Layihə bu ilin mayında Tramp və müdafiə naziri Pit Heqset tərəfindən elan edilib. Amerika lideri 2029-cu ildə prezidentliyinin sonuna qədər yeni raketdən müdafiə sistemini yerləşdirmək planlarını açıqlayıb və bunun üç il ərzində tamamlanmasını istəyir. Layihənin meneceri ABŞ Kosmik Qüvvələrinin generalı Maykl Qutleyn təyin olunub. Bəzi ekspertlər bu sistemi 1983-cü ildə Prezident Ronald Reyqan tərəfindən təklif edilən başqa bir layihə olan Strateji Müdafiə Təşəbbüsü (SDI) ilə müqayisə edirlər. Bu plan qeyri-rəsmi olaraq “Ulduz Müharibələri” adlandırılmışdı. Təşəbbüsün mahiyyəti düşmən raketlərini uçuşun istənilən mərhələsində məhv etmək üçün lazer silahlarından istifadə edən laylı müdafiə sisteminin hazırlanması idi. Layihə üzərində işlər 1990-cı illərin əvvəllərində dayandırıldı, çünki o zaman çox bahalı və texniki cəhətdən mürəkkəb hesab olunurdu.
Məlumata görə, proqram Rusiya, Çin, İran və Şimali Koreyada raket texnologiyalarının inkişafına cavabdır. Yeni raketdən müdafiə sistemi ilə ABŞ enerji sistemləri, nüvə obyektləri və hərbi bazalar da daxil olmaqla, vacib infrastrukturunun təhlükəsizliyini təmin etmək niyyətindədir. Layihə konsepsiyası raketlərin buraxılışından iki dəqiqə ərzində ələ keçirilməsini nəzərdə tutur - yeni sistem 400-dən 1000-ə qədər raket aşkarlama və izləmə peykindən ibarət bürclərin və onları məhv etmək üçün kinetik tutucular (raketlər) və ya lazerlərlə təchiz olunmuş əlavə 200 zərbə peykinin yaradılmasını nəzərdə tutur. Tramp layihənin 175 milyard dollara başa gələcəyini bildirmişdi. Lakin Konqresin Büdcə İdarəsinin hesablamalarına görə, “Qızıl Günbəz”in tətbiqinin növbəti iki onillikdə ümumi dəyəri 831 milyard dollara çata bilər. “The Guardian” mənbələrinə görə, sistemin nümayiş versiyası 2028-ci ilin sonuna qədər hazır olacaq.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54

