NATO - Rusiya “müharibəsi” yenidən gündəmdə
20.12.2025 [09:56]
Kreml şərt qoyur: sərt ritorikadan əl çəkilsə...
Rusiya - Ukrayna müharibəsinin dayandırılması, sülh prosesinin inkişaf etdirilməsi istiqamətində gedən danışıqlarda əldə olunan irəliləyiş bir sıra suallar formalaşdırıb. Belə ki, ABŞ-ın formalaşdırdığı sülh planında Ukraynanın NATO-ya daxil olması məsələsinin gündəmdən düşməsi, eləcə də rəsmi Kiyevin silahlı qüvvələrinin sayının azaldılması ilə bağlı məlum müddəalar qərb koalisiyası tərəfindən birmənalı qarşılanmır - Vaşinqton bu məsələdə razılıq ifadə edirsə də, Avropa bu şərtləri uyğun saymır. Nəticədə isə Avropanın anti-Rusiya ritorikası daha da sərt xarakter alır
Moskva dialoqa hazır olduğunu deyir...
Rusiya tərəfi isə münasibətlərin normallaşması üçün bu sərt ritorikadan əl çəkilməsi şərtini irəli sürür. Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin Avropa problemləri departamentinin direktoru Vladislav Maslennikov “İzvestiya” qəzetinə müsahibəsində bildirib ki, NATO anti-Rusiya mövqeyindən əl çəkməyə və qarşılıqlı hörmət əsasında dialoqa razılıq versə, Rusiya danışıqlara hazır olacaq. Onun sözlərinə görə, Rusiya qarşılıqlı maraqlara hörmət, bərabər və bölünməz təhlükəsizlik prinsipi əsasında dialoq aparmağa razıdır. Maslennikov xatırladıb ki, 2014-cü ildə NATO “istənilən hava şəraitində əməkdaşlıq” prinsipindən imtina edərək, sadəcə olaraq, Moskva ilə bütün kommunikasiya kanallarını dondurub. Xarici İşlər Nazirliyinin departament direktoru əlavə edib ki, alyans Rusiyaya qarşı mübarizəni prioritet hesab edir, Moskvanı öz üzvləri üçün ən mühüm və birbaşa təhlükəsizliyə təhdid elan edib. “NATO-nun qarşıdurma kursu ən azı orta müddətli perspektivdə möhkəmdir və onun geri qaytarıla biləcəyinə dair heç bir sübut yoxdur. Əksinə, alyans rəhbərliyi bəyan edir ki, Rusiya Ukrayna böhranı həll olunduqdan sonra belə, təhlükəsizlik üçün əsas təhdid olaraq qalacaq”, - diplomat bildirib.
NATO-nun büdcəsi sürətlə artır
Qeyd edək ki, bir neçə gün öncə Rusiya Prezidenti Vladimir Putin də Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiya iclasında bildirmişdi ki, Rusiya danışıqlar aparmağa və problemləri sülh yolu ilə həll etməyə hazırdır. “Biz, əvvəlki kimi, son illərdə yaranan bütün problemləri sülh yolu ilə həll etməyə və danışıqlar aparmağa hazırıq”, - deyə Putin qeyt etmişdi. Rusiya Prezidenti demişdi ki, Avropadakı siyasətçilər isterika dərəcəsini artırır və Rusiya ilə müharibənin qaçılmazlığı ilə bağlı insanların ağlına qorxu salırlar. “Həqiqət budur ki, Rusiya həmişə, ən çətin şəraitdə, ən kiçik bir şans olduğu müddətcə, ziddiyyətlərə və münaqişələrə diplomatik həllər tapmaq üçün sona qədər çalışıb. Və bu imkanlardan istifadə edilməməsinin məsuliyyəti tamamilə bizimlə güc yolu ilə danışa biləcəklərinə inananların üzərinə düşür”, - deyə Rusiya lideri vurğulamışdı.
Müdafiə naziri Andrey Belousov da NATO-nun Rusiya ilə hərbi münaqişəyə hazırlaşdığını göstərən əlamətlərin olduğunu deyib. Belousov bildirib ki, NATO öz qüvvələrini artırır və Rusiya ilə hərbi toqquşmaya hazırlaşır. Nazirin sözlərinə görə, NATO-nun hazırkı 1,6 trilyon dollarlıq büdcəsi, milli ÜDM-in 5 faizə qədər tədricən artırılması nəzərə alınmaqla, yaxın illərdə 50 faizdən çox arta bilər.
Müharibə çağırışı...
Qeyd edək ki, bu il ərzində mümkün NATO-Rusiya qarşıdurması ilə bağlı mütəmadi müzakirələr aparılıb. Dekabrın əvvəlində NATO-nun baş katibi Mark Rutte alyansı Rusiyanın növbəti hədəfi adlandırmışdı. Rutte alyansı Rusiya ilə müharibəyə və münaqişəyə hazırlaşmağa çağırmışdı. Macarıstanın Baş naziri Viktor Orban da dekabr ayında Aİ liderlərinin Rusiya ilə müharibəyə hazırlaşdığını və 2030-cu ilə qədər tam hazırlığa çatmaq niyyətində olduğunu bildirmişdi. Bundan əvvəl, iyun ayında NATO-nun Haaqa şəhərində keçirilən sammitində də bu məsələ müzakirə predmetinə çevrilmişdi. Bir neçə gün öncə “Wall Street Journal” qəzeti bir qrup yüksək rütbəli alman zabitinin Rusiya ilə müharibə üçün gizli plan hazırladığını yazıb. Qeyd olunur ki, Almaniya 2029-cu ilə qədər illik müdafiə büdcəsini ikiqat artıraraq 162 milyard avroya (189 milyard dollar) çatdırmaq niyyətindədir. Qəzetin yazdığına görə, Almaniyanın müdafiə naziri Boris Pistorius Rusiyanın 2028-2029-cu illərdə hansısa NATO ölkəsinə hücum edə biləcəyinə inandığını önə sürüb.
Alyans hazırlaşmalıdır...
Müharibə ritorikasının yenidən gündəmə gəldiyi bir dövrdə NATO-nun dəniz qüvvələrinin Ali Komandanı və Kral Dəniz Qüvvələrinin vitse-admiralı Mayk Atlee “Bloomberg”ə açıqlamasında bildirib ki, Qərb silahlı qüvvələri həm kibertəhdidləri, həm də hərbi əməliyyatları əhatə edən daha mürəkkəb döyüş mühitinə hazırlaşmalıdır. O qeyd edib ki, NATO-nun Rusiya ilə müqayisədə üstün imkanları var, lakin bu, alyansın uzunmüddətli döyüş dövrünə tab gətirə biləcəyi anlamına gəlmir. “İstədiyimiz qədər davamlılığımız varmı? Düşünürəm ki, son 10 ayın təcrübəsi göstərir ki, xeyr, bizdə yoxdur.” “Lakin ölkələr bunu çox yaxşı başa düşürlər və davamlılığımızı gücləndirməyə investisiya qoymağa hazırdırlar”, - deyə o qeyd edib.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 18:41
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

