Alman professor: Azərbaycan türkoloji tədqiqatların mühüm mərkəzlərindən biridir
30.06.2026 [15:36]
Qərbi Avropada türkdilli dünyaya marağın formalaşması XVII əsrdə Osmanlı imperiyası ilə qurulan əlaqələr nəticəsində başlayıb. Səyahətnamələr, diplomatik münasibətlər və ilahiyyat araşdırmaları türk dilinin və İslamın öyrənilməsinə təkan versə də, eyni zamanda Şərq haqqında stereotiplərin yaranmasına və Almaniyada Şərqşünaslıq tədqiqatlarının institusionallaşmasına səbəb olub.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Berlin Humboldt Universitetinin Tarix şöbəsində Azərbaycan tarixi kafedrasının müdiri Eva-Maria Auch Bakıda beynəlxalq tədbirdə çıxışı zamanı səsləndirib.
Alman alim bildirib ki, əlyazmaların toplanması, ədəbi əsərlərin tərcüməsi və elmi layihələr Osmanlı, İran, Qafqaz, Mərkəzi Asiya və digər regionların tarixi-mədəni irsinin öyrənilməsinə geniş imkanlar yaradıb. Bu baxımdan “Kitabi-Dədə Qorqud”un erkən nəşrləri türkoloji irsin mühüm nümunələri sırasında yer alır.
Professor qeyd edib ki, Maarifçilik dövrü türkoloji tədqiqatların daha sistemli xarakter almasına şərait yaradıb. Alman alimlərinin Rusiya imperiyasının elmi müəssisələrində, xüsusilə II Yekaterina dövründə təşkil edilən ekspedisiyalarda iştirakı türk xalqları ilə bağlı araşdırmaların genişlənməsinə və onların Avropa elmi məkanına inteqrasiyasına töhfə verib.
Eva-Maria Auch vurğulayıb ki, bu elmi əməkdaşlıq sovet repressiyaları dövründə müəyyən səviyyədə davam etsə də, İkinci Dünya müharibəsi və Soyuq müharibə illərində ciddi şəkildə məhdudlaşıb. Yalnız 1990-cı illərdən sonra Qafqaz və Mərkəzi Asiya universitetləri ilə əməkdaşlıq yenidən bərpa olunmağa başlayıb.
Professor tarix boyu türkologiya araşdırmalarının əksər hallarda siyasi proseslərin təsirinə məruz qaldığını bildirib, həmçinin Rusiya, Almaniya, Böyük Britaniya və Fransada bu sahənin inkişafında geosiyasi amillərin mühüm rol oynadığını vurğulayıb.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

