Razılaşma sentyabra qaldı?
15.08.2026 [09:55]
İsrail ilə Livan payızda 8-ci dəfə masa arxasına oturacaq
Yaxın Şərqin daha bir münaqişəsi - İsrail Livan qarşıdurmasının dayandırılması istiqamətində danışıqlar prosesi payıza qaldı. Belə ki, ABŞ-ın vasitəçiliyi ilə keçirilən müzakirələrin növbəti raundu sentyabrın əvvəlində baş tutacaq. Bu barədə xarici mətbuata müəyyən mənbələr xəbər verib. Bildirilib ki, ötən həftə danışıqların Romada keçirilən raundu o qədər də uğurlu olmayıb, çünki rəsmi Beyrut İsrail qoşunlarının Livanın cənubundan çıxarılmasında təkid edir, Təl-Əviv isə “Hizbullah” qruplaşmasının tamamilə tərk-silah edilməsinin zəruriliyini bildirir. Növbəti raund ərəfəsində ABŞ tərəflərin tərk-silah prosesinin yoxlanılması mexanizmində iştirak edəcək ölkələrin siyahısını razılaşdırmasına nail olmağa çalışır. Mənbənin sözlərinə görə, İsrail beynəlxalq platformalarda bu ölkəyə qarşı addımlar atmış ölkələrin siyahıya daxil edilməsinə qarşıdır. Tərəflər, həmçinin həlak olanların qalıqlarının və livanlı məhbusların mübadiləsi məsələsi ilə bağlı paralel danışıqlar aparırlar.
Romada 7-ci raund sükutu...
Qeyd edək ki, avqustun 4-6-da Romada keçirilən 7-ci məsləhətləşmələr raundunda iki rayonda irəliləyiş əldə edilənə qədər Livanın “pilot zona”larını genişləndirmək təklifindən imtina edilmişdi. Bundan əlavə, Livan tərəfindən ölkənin cənubundakı Nəbatiyyə rayonundakı Əli-ət-Tahir yüksəkliklərindən “Hizbullah” hərəkatı qüvvələrinin çıxarılması tələb olunmuşdu. Nəticə etibarı ilə, konkret razılaşmalar əldə olunmamışdı. Tərəflər əsas mübahisəli məsələlərdə dalana dirənmişdilər. Tərəflər arasında məhbus mübadiləsi məsələsində də fikir ayrılığı yaranmışdı. Həmçinin Livan nümayəndə heyətinin öz daxilində siyasi və hərbi nümayəndələr arasında fikir ayrılığı razılaşmanın əldə olunmasına mane olmuşdu. Bununla belə, ABŞ Dövlət Departamenti danışıqları səmərəli adlandırıb. Dövlət Departamentinin sözçüsü Tommi Piqot bildirib ki, “Livan və İsrail pilot zona prosesinin irəliləməsi və genişləndirilməsi üçün razılığa gəlməyə daha yaxındırlar”.
Xatırladaq ki, İsrail və Livan 26 iyunda Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə çərçivə sazişi imzalayıblar. Sənəd hərbi əməliyyatların dayandırılmasını hədəfləyir. Sazişlər İsrail ordusunun mərhələli şəkildə geri çəkilməsi və pilot zonalarda Hizbullahın tərksilah edilməsini nəzərdə tutur. Dövlət Departamenti artıq pilot zona layihəsinin başlanması ilə bağlı uğurlu addımlar atıb. Lakin Livan hakimiyyəti İsraili bu sazişlərin həyata keçirilməsinə mane olan hərəkətlərdə günahlandırıb.
Böyük ümidlərlə...
Sentyabrda keçirilməsi nəzərdə tutulan növbəti raund isə artıq sadəcə diplomatik təmas deyil, 26 iyun 2026-cı il çərçivə razılaşmasının taleyini müəyyənləşdirə biləcək mərhələ kimi qiymətləndirilir. Siyasi analitiklərin fikrincə, ən real ssenari mərhələli razılaşma və “pilot zonalar”ın genişləndirilməsi ola bilər. Belə ki, sentyabr görüşündən əsas gözlənti də budur - mərhələli mexanizm işə salınmalıdır. Bunun üçün ilk növbədə razılaşmada olduğu kimi, cənubi Livanda “pilot zonalar”ın müəyyənləşdirilməsi, həmin ərazilərə Livan ordusunun yerləşdirilməsi və İsrail qüvvələrinin müəyyən mövqelərdən geri çəkilməsi məsələsi razılaşdırıla bilər. Mütəxəssislər bildirirlər ki, sentyabr görüşünün əsas üstünlüyü məhz kiçik, lakin icra edilə bilən addımların müəyyənləşdirilməsi kontekstində ortaya çıxacaq. Belə nəticə əldə olunarsa, bu, həm Vaşinqton üçün diplomatik uğur, həm də Livan hökuməti üçün mühüm siyasi nəticə olacaq. Eyni zamanda İsrail istədiyi təhlükəsizlik zəmanətini əldə edəcək.
Əsas məsələ Hizbullahın silahsızlaşdırılmasıdır
Qeyd olunmalıdır ki, danışıqlarda dalan nöqtələrdən biri məhz Hizbullahla bağlıdır. Xarici media yazır ki, sentyabr görüşündən əsas gözləntilərdən biri də Hizbullahın silahsızlaşdırılması məsələsinin tam şəkildə reallaşması olacaq. Qeyd edək ki, hazırda əsas ziddiyyət də buradadır - İsrail öz qüvvələrinin Livanın cənubundan çıxmasını Hizbullahın silahsızlaşdırılması ilə paralel inkişafını istəyir. Hizbullah isə İsrail ərazidən çıxmayana qədər silah məsələsinin müzakirəsini qəbul etmir. Bu səbəbdən sentyabr görüşündə tam silahsızlaşdırma barədə razılığın əldə olunması ən vacib detala çevriləcək. Analitiklər hesab edirlər ki, dolayı və mərhələli kompromis burada ən yaxış çıxış yoludur - Hizbullahın ağır silahlarının, raket sistemlərinin və İsrail sərhədinə yaxın hərbi infrastrukturun ləğvi qarşılığında İsrail müəyyən ərazilərdən geri çəkilə və Livanın suverenliyinə dair daha konkret öhdəliklər götürə bilər. Siyasi şərhçilər belə bir kompromisin ABŞ-ın vasitəçiliyi olmadan mümkün ola bilməyəcəyini bildirirlər. Vaşinqton həm İsrailə geri çəkilmə, həm də Livana Hizbullah məsələsində daha ciddi addımlar atmaq üçün təzyiq göstərməlidir. Bu baş verərsə, sentyabr görüşü hazırkı dalandan çıxış üçün mühüm dönüş nöqtəsinə çevrilə bilər.
Üçüncü tərəfin iştirakı...
Sentyabr görüşündə Livan ərazisi üzrə də Qəzzaya oxşar mexanizmin qəbulu da mümkün sayılır. Hətta Hizbullahın silahsızlaşdırılmasına beynəlxalq nəzarət mexanizminin yaradılması da mümkündür - artıq ABŞ vasitəçiliyi ilə bu məsələ üzrə müxtəlif ölkələrin iştirakı müzakirə edilir. “Reuters”-in məlumatına görə, Böyük Britaniya, İtaliya, İsveçrə və İndoneziyanın mümkün mexanizmdə iştirakı nəzərdən keçirilib, lakin Livan avqustun 13-də belə bir siyahı ilə bağlı yekun razılaşmanın olmadığını bildirib. Siyasi şərhçilər bu məsələnin də sentyabr görüşündə müzakirə predmeti ola biləcəyini istisna etmirlər. Çünki əsas problem yalnız silahsızlaşdırmanın həyata keçirilməsi deyil, prosesə hansı tərəfin nəzarət edəcəyi məsələsidir. İsrail Livan ordusunun imkanlarına tam etibar etmir. Livan isə İsrail qüvvələrinin öz ərazisində qalmasını və birtərəfli yoxlamalar aparmasını qəbul etmək istəmir. Buna görə üçüncü tərəfin iştirakı hər iki tərəfə müəyyən təminat verə bilər. Beynəlxalq qüvvələr Livan ordusunun fəaliyyətini müşahidə edə, razılaşdırılmış ərazilərdə silahların çıxarılmasına nəzarət edə və İsrailə prosesin pozulmadığı barədə hesabat verə bilər.
Razılaşma olmasa...
Sentyabr görüşündən iərliləyiş gözləməklə yanaşı, fərqli mənzərə də formalaşa bilər - danışıqların yenidən dalana dirənməsi. Analitiklərin kifayət qədər ciddi hesab etdiyi belə bir nəticənin proqnozlaşdırılmasına əsas səbəb tərəflərin bir-birinə zidd dayanması, razılıq üçün bir addım da olsa önə çıxmamasıdır. Analitiklər bildirirlər ki, belə vəziyyətdə sentyabr görüşü yalnız yeni danışıqlar tarixinin müəyyənləşdirilməsi ilə yekunlaşa bilər. Bu isə diplomatik prosesin tamamilə iflasa uğraması demək deyil. Əksinə, ABŞ-ın vasitəçiliyi ilə danışıqlar kanalının açıq qalması hərbi eskalasiyanın qarşısını alan əsas amillərdən biri ola bilər.
Amma bu da əks effekt verə bilər - diplomatik prosesin fonunda hərbi eskalasiya yenidən güclənə bilər. Analitiklərin fikrincə, sentyabr görüşünə qədər və ya görüşdən dərhal sonra sərhəddə baş verə biləcək ciddi insident bütün diplomatik hesablamaları dəyişəcək. Sərhəddə baş verə biləcək hər hansı böyük insident isə daha geniş regional qarşıdurmanın elementinə çevrilə bilər. Analitiklər bunun ən arzuolunmaz variant olduğunu bildirirlər. Çünki belə halda iyunun 26-da əldə edilmiş çərçivə razılaşması faktiki olaraq dondurula, İsrailin cənub Livandakı hərbi mövcudluğu uzana və Livanın onsuz da ağır olan humanitar-iqtisadi böhranı daha da dərinləşə bilər.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55

