İsveç və Finlandiya NATO-ya üzv olarsa...
11.05.2022 [10:21]
Rusiya “ikinci Ukrayna” planını işə salacaqmı?
Pərviz SADAYOĞLU
NATO-nun şimala doğru “genişlənmə” planı vəziyyəti yenidən gərginləşdirib. Belə ki, Finlandiya və İsveçin mayın 16-dan 20-dək eyni vaxtda Şimali Atlantika Alyansına üzvlük üçün müraciət edəcəkləri ilə bağlı xəbərlər Rusiya tərəfindən birmənalı qarşılanmayıb. Xatırladaq ki, Skandinaviya ölkələrinin NATO-ya müraciətləri 20-ci həftədə, yəni mayın 16-dan başlayan həftədə dərc edilməlidir. Həmin həftə, mayın 17-18-də Finlandiya prezidenti Sauli Niinistö Kral XVI Karlzın dəvəti ilə İsveçə səfər edəcək. Səfər çərçivəsində Finlandiya və İsveç dövlət rəhbərləri də görüşəcək və ölkələrin NATO-ya daxil olmağa hazır olduqlarını bəyan edəcəklər.
Kreml isə bu xəbərdən narahatdır. Bununla bağlı rəsmi Moskva Finlandiya və İsveçə xəbərdarlq edib. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İspaniyanın ABC qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, Finlandiya və İsveç ittifaqa qoşulsalar, Şimali Atlantika bloku ilə Rusiya arasında qarşıdurma məkanına çevriləcəklər.
Maraqlıdır ki, bu ilin fevralında Rusiyanın Ukraynaya hücumunun bir səbəbi məhz Kiyevin Şimali Atlantika Alyansına daxil olmaq arzusundan qaynaqlanmışdı. Öz sərhədlərində NATO ölkəsi görmək istəmədiyini bildirən Rusiya şimal qonşularının Alyansa daxil olmasını sakit tərzdə seyr edə biləcəkmi? Əks halda nələr gözlənilir. Kremlin bu davranışı III Dünya Müharibəsi anonsunu verirmi?
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən politoloq İlqar Vəlizadənin fikrincə, Rusiya ilə Ukrayna arasındakı müharibənin sona çatmayacağı, eləcə də digər ölkələr üçün təhdidin aradan qalxmayacağı təqdirdə İsveçin və Finlandiyanın NATO-ya daxil olması real görünür. Bu dövlətlər özlərini sığortalamaq üçün belə bir addım atırlar. Politoloqun sözlərinə görə, Skandinaviya dövlətlərinin bu qərarı onların cəmiyyətinin son proseslərlə bağlı mövqeyidir. İndiyə qədər belə bir sosial sifariş olmadığı üçün bu ölkələr NATO-ya üzv olmamışdı. Bu baxımdan, qərarın legitimliyini heç kim şübhə altına ala bilməz: “Təəssüf ki, Üçüncü Dünya Müharibəsi təhlükəsi hələ də davam edir. Amma burada ehtimallarla yanaşı, tərəflərin maraqları da rol oynayır. İnanmıram ki, indiki məqamda Rusiya III Dünya Müharibəsinə başlasın. Hətta bu arzuolunan da deyil. Onsuz da Ukraynadakı müharibə ilə bağlı Çin, Hindistan kimi böyük ölkələr Rusiya ilə aralarında məsafə saxlamağa çalışırlar, bir qədər kənarda dayanmağa üstünlük verirlər. Əgər Rusiya açıq müharibəyə can atsa, aylardır neytral mövqedə dayanan Çin və Hindistan da prosesə qoşulmalı olacaq”.
Politoloq bildirib ki, Rusiya İsveçə və ya Finlandiyaya müharibə elan etməyəcək. Çünki buna heç bir əsas yoxdur. “Nə İsveç, nə də Finlandiya Ukrayna deyil. Rusiya hansısa bəhanəni əlində əsas tutub oraya hücum edə bilməz. Onsuz da bu ölkələr əvvəldən də Qərbin orbitində idi. Onların NATO-ya daxil olması hər hansı bir reallığı dəyişmir. Onlar NATO-ya daxil olmaqla Qərbin orbitində olduqlarını rəsmiləşdirəcəklər. Rusiya isə bunun qarşılığında regionda özünün silahlı qüvvələrini daha da möhkəmləndirə bilər, ən yeni sursatlarını, raket əleyhinə qurğularını oraya yerləşdirə bilər”, - deyə İ.Vəlizadə əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

