İrəvanda xaos..
17.09.2022 [11:00]
Papikyan könüllüləri orduya çağırır, Paşinyan isə səfərbərliyə ehtiyac görmür
Nardar BAYRAMLI
Ermənistan hərbi birləşmələri dövlət sərhəddində törətdikləri son təxtibatlara görə layiqli cavabını aldı. Ordumuz tərəfindən qarşı tərəfin silahlı qüvvələrinə ağır zərbələr vuruldu. Bu səbəbdən də, bu ölkənin daxilində vəziyyət gərginləşib, hakimiyyətin əleyhinə etiraz aksiyaları başlayıb. Ermənistanın müdafiə naziri Suren Papikyan isə bildirib ki, könüllülük əsasında ölkə sərhədlərini qorumaq istəyən vətəndaşlar yaşadıqları ərazi üzrə hərbi komissarlıqlara müraciət edə bilərlər. Amma baş nazir Nikol Paşinyan ölkədə hərbi vəziyyətin, səfərbərliyin elan edilməsinə ehtiyac olmadığını deyib. Bütün bunlar ordu ilə Paşinyan arasında ziddiyyətin göstəricisi hesab oluna bilərmi?
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən hərbi ekspert Emin Həsənli bildirib ki, son hadisələr fonunda Ermənistanda vəziyyət daha da gərginləşib, ölkədə hakimiyyət böhranı gözlənilir: “2020-ci ilin noyabr bəyanatından sonra Paşinyan parlamentdə etirazçılara demişdi ki, “istəyirsinizsə, bəyanatı cırıb ataq, kim istəyirsə, getsin döyüşsün”. Amma ermənilər döyüşməkdən imtina elədilər. Hazırda erməni cəmiyyətindəki psixoloji vəziyyət bəllidir. Ağır məğlubiyyətlərdən sonra kiminsə bizim ordumuzla könüllü döyüşmək istəməsi inandırıcı deyil. Sadəcə, bəzi insanları aldadıb orduya cəlb edirlər, onlar könüllü deyillər. 44 günlük Vətən müharibəsində guya yaşlı adamların könüllü olaraq döyüşlərə qatıldığını KİV-lər təqdim edirdilər. Amma onların tez bir zamanda qaçdıqlarını gördük. Hətta keçmiş müdfiə naziri Ohanyan da qorxusundan qaçıb canını güclə qurtardı”.
Papikyanla Paşinyanın fikirlərində ziddiyyətlərə gəlincə, ekspert xatırladıb ki, bu ilin əvvəlində Papikyan müdafiə naziri təyin olunanda bəzi generallar etiraz olaraq vəzifələrindən istefa verdilər. Bütün bunlara səbəb erməni ordusunda xaosun hökm sürməsidir. Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrində keçmiş prezidentlər Robert Koçaryanın və Serj Sarkisyanın adamları çoxdur: “Demək olar ki, erməni ordusunun rəhbər və zabit heyəti daha çox Koçaryanın və Sarkisyanın adamlarından ibarətdir. Bilirsiniz ki, parlament seçkiləri ərəfəsində Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi açıq şəkildə Paşinyana qarşı çıxdı və onu bir sıra generallar da dəstəklədilər. Amma Paşinyan öz hakimiyyətini qoruya bildi. R.Koçaryan müxalifətdə olaraq revanşist qüvvələrin rəhbəri kimi tanınır”.
E.Həsənli qeyd edib ki, Ermənistan ordusu uzun müddət özünə gələ bilməyəcək: “Biz görürük ki, 44 günlük müharibədən iki il keçsə də, bu ölkədə gərginlik səngimir. Sosial-iqtisadi böhranla yanaşı, Ermənistanda siyasi-hərbi böhran da davam edir. Son təxribatlara cavab olaraq ordumuzun vurduğu zərbə böhranı daha da dərinləşdirir. Biz təcavüzkar ölkəyə elə bir zərbə vurmuşuq ki, uzun illər bu zərbələri unutmayacaq”. Ekspertin fikrincə, Ermənistanın yeganə çıxış yolu Azərbaycanın şərtlərini qəbul etməkdir. Ölkədə hərbi vəziyyətin elan olunmasının və ya könüllülərin orduya qoşulmasının heç bir mənası yoxdur. Hətta Paşinyan növbəti dəfə bəzi dünya liderlərinə zəng etdi ki, bu zənglər də onlara fayda verməyəcək. Bu günlər Ermənistanda insanlar etiraz aksiyaları keçirir, əsgər anaları hakimiyyətə etiraz edirlər. Onlar oğullarının ölməsini istəmirlər. Çünki Qarabağın Azərbaycan torpağı olduğunu yaxşı bilirlər. Rəsmi İrəvan sülh sazişini imzalamalı, Zəngəzur dəhlizini açılmasına mane olmamalı, ərazi iddialarından əl çəkməlidir. Ermənilər ya xoşluqla sülhə gələcəklər, ya da dövlətimiz onları məcbur edəcək.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

