Dünya üçün təhlükə
03.03.2023 [10:29]
İran nüvə silahının bir addımlığında
İranın mühafizəkar siyasi hakimiyyəti regional və qlobal təhlükəsizliyə qarşı yönələn davranışlarını davam etdirməkdədir. Mollakratiya getdikcə artan daxili etirazlar fonunda özünün siyasi ömrünü uzatmaq üçün “güclü hakimiyyət” və “güclü İran” görüntüsü yaratmağa çalışır və bunu rəqib saydığı dövlətləri, bütövlükdə, regionu və dünyanı hədələməklə, hərbi güc göstərməklə edir. Cənub qonşumuzun nüvə proqramını ciddi-cəhdlə davam etdirməsi də rejimin dünya ilə təhdid dili ilə danışmaq siyasətinin tərkib hissəsidir. Son günlərdə İranın uranı 85%-dək zənginləşdirdiyinə dair yayılan xəbərlər bütün dünyada böyük narahatlıq yaradıb.
İran nüvə razılaşmasını pozur
Dünyada XX əsrin birinci yarısından başlayan nüvə marafonu getdikcə genişlənir. Hazırda Amerika Birləşmiş Ştatları (1945-ci il), Rusiya (1949), Böyük Britaniya (1952), Fransa (1960), Çin (1964), Hindistan (1974), İsrail (1979), Pakistan (1998) və Şimali Koreya (2006) böyük vəsait hesabına əldə olunan nüvə silahına malikdirlər.
Regionda hakim gücə çevrilmək iddiasında olan İranın nüvə silahına sahiblənmək istəyi də yeni mövzu deyil. Araşdırmalardan bəlli olur ki, bu ölkə nüvə silahı əldə etmək istiqamətində çalışmalara hələ ötən əsrin ortalarından start verib. 1967-ci ildə 5 meqavat gücündə kiçik reaktoru olan Tehran Nüvə Tədqiqatı Mərkəzinin istifadəyə verilməsi ilə İran nüvə texnologiyalarına sahiblənmək istiqamətində ilk praktiki uğur qazanıb. Sonrakı mərhələlərdə bu proqram genişləndirilib. Təbii ki, bu ölkə uzun illər ərzində nüvə hədəfinin gerçək məqsədlərinin nədən ibarət olduğunu gizlədib. Dövriyyəyə mütəmadi olaraq atom enerjisi siyasətinin dinc məqsədlərə xidmət etdiyi barədə məlumatlar buraxılır. Diqqəti çəkən məqamlardan biri də ondan ibarətdir ki, zamanında ABŞ və Rusiya İranın nüvə proqramına texniki dəstək göstərib. Bu faktı təsadüfən qeyd etmirik. Hazırda İranın nüvə siyasətini sanksiyalar və digər vasitələrlə pozmağa çalışan kollektiv Qərb koalisiyasının başında məhz ABŞ dayanır. Eyni zamanda, Rusiya ilə İranın son vaxtlarda güclənən hərbi əməkdaşlığı bütün dünyada böyük narahatıqla izlənilir.
İran hər nə qədər nüvə siyasətinin gerçək məqsədlərini gizli saxlamağa çalışsa da, cidanı çuvalda gizlədə bilmədi. İranın 1979-cu ildə qurulan mollakratiya rejiminin uranı müasir imkanlar səviyyəsində zənginləşdirmək səyləri beynəlxalq birliyi buna qarşı hərəkətə keçməyə məcbur etdi. Müxtəlif səviyyələrdə aparılan müzakirələrdə İranın siyasi rəhbərliyi israrlı yanaşma ortaya qoyur və heç bir vəchlə nüvə proqramından geri çəkilməyəcəyini bildirirdi. Çağırışlar nəticə vermədikdə kollektiv Qərb İrana qarşı sanksiyalar təşəbbüsünü irəli sürdü. ABŞ-dan və Avropa İttifaqından gələn bu sanksiyalar əsas etibarı ilə qonşu dövlərin neft ixracının məhdudlaşdırılmasını əhatə edir. Böyük həcmlərdə gəlirlərdən məhrum qalan və iqtisadi problemlər məngənəsində boğulan mollakratiya geri çəkilmək məcburiyyətində qaldı və yaxud belə bir görüntü yaratdı. 2015-ci ilin iyul ayında İranla 5+1 formatında (BMT TŞ-nin beş daimi üzvü və Almaniya) ortaq geniş çalışma planı üzrə müqavilə imzalandı. 20 il üçün nəzərdə tutulan müqaviləyə əsasən İran müəyyən edilmiş miqdarı keçməmək və atom enerjisindən dinc məqsədlərlə istifadə etmək barədə öhdəlik götürdü. Razılaşmaya əsasən, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik müntəzəm olaraq İran ərazilərində nüvə texnologiyası üzrə fəaliyyət göstərən bütün laboratoriya və müəssisələrə nəzarət həyata keçirəcəkdi. Beləliklə, 16 yanvar 2016-cı ildə nüvə çalışmalarına görə İrana tətbiq edilən sanksiyalar aradan qaldırıldı. Lakin İsrailin və digər ölkələrin əldə etdikləri kəşfiyyat məlumatları ilə sübut olundu ki, mollakratiya beynəlxalq birliyi aldatmaq yolu tutub və razılaşmanın şərtlərini pozaraq uranın daha dərin zənginləşdirilməsi istiqamətində gizli fəaliyyətini davam etdirir. Təqdim olunan kəşfiyyat məlumatlarını əsas tutan ABŞ-ın sabiq prezidenti Donald Tramp 2018-ci ilin may ayının 8-də öz ölkəsinin birtərəfli qaydada ortaq geniş çalışma planı üzrə müqavilədən çıxdığını bəyan etdi. Mövqeyini əsaslandıra bilməyən mollakratiya da müqavilə üzrə bəzi öhdəliklərini yerinə yetirməyəcəyini açıq şəkildə bildirdi.
Mollakratiya addım-addım nüvə silahına doğru
Son bir neçə ildə müqavilənin bərpası istiqamətində beynəlxalq birliyin səyləri nəticə verməyib. İran rejimi daim bəhanələr gətirir, yeni şərtlər irəli sürür və addım-addım region və bütün dünya üçün təhlükəli olan nüvə hədəfinə doğru irəliləyir. Son günlərdə transmilli mediada İranın uranı təhlükəli həddədək zənginləşdirdiyi barədə manşet xəbərləri yayılıb. “Bloomberg” daha əvvəl adı açıqlanmayan iki yüksək rütbəli diplomata istinadla bildirib ki, İranın nüvə obyektlərində təftiş keçirən beynəlxalq müfəttişlər keçən həftə 84 faiz zənginləşdirilmiş uran aşkar ediblər. Bu faktı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinin özləri də təsdiqləyiblər.
Bu, çox yüksək bir göstəricidir və o anlama gəlir ki, mollakratiya artıq nüvə silahına çatmağın bir addımlığındadır. Mütəxəssislərin bildirdiklərinə görə, nüvə silahının hazırlanması üçün uranın 90 faizədək zənginləşdirilməsi kifayətdir.
Yuxarıda bəhs olunan razılaşmaya əsasən, Tehran rejimi uranı 3,67 faizədək zənginləşdirə və maksimum 300 kq uran istehsal edə bilər. Bu hədlərin aşıldığını İran rəsmilərinin özləri də etiraf edirlər. 2020-ci il aprelin 17-də İran Natanzdakı nüvə obyektində uranın zənginləşdirilməsinə 60 faiz səviyyəsində başlandığını, 22 dekabr 2022-ci ildə isə Fordo obyektində uranın yenə də 60 faizədək zənginləşdirilməsinə başladığını elan edib. İranın Atom Enerjisi Təşkilatının sözçüsü Bəhroz Kamalvəndi “Bloomberg”in yaydığı məlumatı təkzib etməyə çalışsa da, əslində ölkəsinin uranın zənginləşdirilməsi istiqamətində kifayət qədər uzağa getdiyini otaya qoyub. Sitat: “İndiyədək İslam Respublikası 60 faizlik zənginləşdirmə həddini aşa bilməyib”.
Dünya narahatdır
Mühafizəkar İran rejiminin uranın 60 faiz səviyyəsində zənginləşdirilməsinə nail olması da kifayət qədər təhlükəli bir həddir. Hazırda dünyada mollakratiyanın sürətlə nüvə silahına doğru irəliləməsindən bərk narahatlıq yaşanır. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin sosial media hesabından paylaşılan mesajında qeyd edilir ki, təşkilat İranda uranın zənginləşdirilməsinin həddən artıq olması ilə bağlı mediada yayılan məlumatlardan xəbərdardır və qurumun direktoru Rafael Mariano Qrossi bu barədə təşkilatın Direktorlar Şurasına məlumat verəcək.
“İran 12 gün ərzində bir nüvə bombası üçün kifayət edəcək materialları istehsal edə bilər”. Bu barədə ABŞ müdafiə nazirinin müavini Kolin Kal Konqresdə dinləmələr zamanı bildirib. Respublikaçı konqresmenlərdən biri ona nə üçün Bayden administrasiyasının İranla 2015-ci ildəki sazişi yeniləməyə cəhd etməsi barədə sual verib. “Ona görə ki, biz “nüvə sazişi”ndən çıxdıqdan sonra İranın nüvə sahəsində irəliləyişi əhəmiyyətli dərəcədə olub. İrana bir bomba üçün parçalana biləcək materialı hazırlamaq üçün 12 ay lazım oldu. İndi bu 12 gün çəkir”, - deyə Kal cavab verib.
İranın uranı dərin zənginləşdirməsi xəbərləri İsraildə də ciddi narahatlıqla qarşılanıb. “İran rejimi artıq təkcə regional problem deyil, həm də Avropa və bütün dünya üçün problemdir. İranın nüvə yarışına son qoymağın yeganə yolu diplomatik və iqtisadi təzyiqlərdən keçir”. Bu fikirləri isə İsrailin xarici işlər naziri Eli Koen Berlində almaniyalı həmkarı Annalena Berbok ilə görüşünün nəticələrinə dair birgə mətbuat konfransında bildirib. İsrailli nazir qeyd edib ki, beynəlxalq ictimaiyyət heç vaxt nüvə silahına sahib İranı qəbul etməməli və iranlıları beynəlxalq hüquqa və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin tələblərinə tam riayət etməyə qayıtmağa məcbur etməlidir. Onun sözlərinə görə, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün tədbirlər görməyin vaxtı gəlib çatıb.
Preventiv tədbirlərin görülməsi zəruridir
Azərbaycanlı ekspertlər də İranın nüvə silahı əldə etmək istəyinin qarşısının alınmasının zəruri olduğunu bildirirlər. Bununla bağlı “Yeni Azərbaycan”a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, İrandakı kimi mühafizəkar rejimlərin nüvə silahına sahiblənməsi regional və qlobal təhlükəsizliyə böyük təhdiddir. Fikirlərinə davam edən hərbi ekspert vurğulayıb: “Xeyli müddət idi ki, beynəlxalq səviyyəli mütəxəssislər İranın uranın dərin zənginləşdirilməsinə dair faktları aşkarlamaqla məşğul idilər. Qonşu ölkənin təkziblərinə rəğmən, İranın uranı nüvə silahı hazırlamaq səviyyəsinədək zənginləşdirdiyinə dair faktlar əldə olunub. İran rəsmiləri bu fəaliyyətlərin bilməyərəkdən həyata keçirildiyini desələr də, bu “üzürxahlıq” kimsə tərəfindən ciddi qəbul edilə bilməz. Görünən odur ki, indiyədək İsrailin səsləndirdiyi narahat bəyanatlar reallığı əks etdirir. İranın nüvə silahı əldə etməsi bu ölkənin regional təhdiddən artıq qlobal təhdidə çevrildiyini təsdiqləyir. İran əldə etdiyi nüvə silahından qonşularına, o cümlədən Azərbaycana, İsrailə, bütövlükdə, öz maraqlarına uyğun saymadığı ölkələrə qarşı istifadə edə bilər. Mən İsrailin və onun müttəfiqlərinin, xüsusilə də Böyük Britaniya və ABŞ-ın İranın bu fəaliyyətlərinin qarşısının alınması üçün preventiv zərbələrə əl atacağını düşünürəm. Çünki bu zərbələrin ləngiyəcəyi təqdirdə İran nüvə silahını da yaxın perspektivdə əldə edə bilər. Bu isə sonra dünyanı geri dönüşü mümkün olmayan proseslərə aparıb çıxarar”.
Ədalət Verdiyevin qənaətinə görə, yaxın günlərdə beynəlxalq təşkilatlar, o cümlədən G7 səviyyəsində İranın nüvə fəaliyyətlərinin qarşısının alınması üçün müştərək addımların atılması üçün bir toplantı da keçiriləcək və burada qəbul edilən qərarlar qısa bir müddətdə tətbiq olunacaq. İsrail isə öz növbəsində G7-nin qərarını gözləməyə də bilər.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına bax 
                    Elanlar
31 Oktyabr 12:07
 
                    Sosial
31 Oktyabr 11:52
 
                    Elm
31 Oktyabr 11:50
 
                    Hadisə
31 Oktyabr 11:37
 
                    Siyasət
31 Oktyabr 11:20
 
                    Siyasət
31 Oktyabr 11:08
 
                    Hadisə
31 Oktyabr 11:07
 
                    İqtisadiyyat
31 Oktyabr 10:53
 
                    İqtisadiyyat
31 Oktyabr 10:52
 
                    İqtisadiyyat
31 Oktyabr 10:49
 
                    MEDİA
31 Oktyabr 10:30
 
                    Analitik
31 Oktyabr 10:16
 
                    Analitik
31 Oktyabr 09:52
 
                    Siyasət
31 Oktyabr 09:48
 
                    Ədəbiyyat
31 Oktyabr 09:34
 
                    Analitik
31 Oktyabr 09:15
 
                    Sosial
31 Oktyabr 08:57
 
                    Sosial
31 Oktyabr 08:31
 
                    Hadisə
31 Oktyabr 08:12
 
                    Mədəniyyət
31 Oktyabr 08:11
 
                    Mədəniyyət
31 Oktyabr 08:10
 
                    İdman
31 Oktyabr 08:08
 
                    Sosial
31 Oktyabr 08:01
 
                    Gündəm
31 Oktyabr 07:42
 
                    Dünya
30 Oktyabr 23:55
 
                    İdman
30 Oktyabr 23:31
 
                    YAP xəbərləri
30 Oktyabr 23:14
 
                    Dünya
30 Oktyabr 22:52
 
                    YAP xəbərləri
30 Oktyabr 22:35
 
                    Dünya
30 Oktyabr 22:10
 
                    YAP xəbərləri
30 Oktyabr 22:04
 
                    İdman
30 Oktyabr 21:59
 
                    Dünya
30 Oktyabr 21:24
 
                    Hadisə
30 Oktyabr 21:19
 
                    Siyasət
30 Oktyabr 21:09
 
                    Dünya
30 Oktyabr 20:43
 
                    Dünya
30 Oktyabr 20:35
 
                    Dünya
30 Oktyabr 20:18
 
                    Dünya
30 Oktyabr 19:54
 
                    Dünya
30 Oktyabr 19:32
 
                    YAP xəbərləri
30 Oktyabr 19:13
 
                    Dünya
30 Oktyabr 17:54
 
                    Siyasət
30 Oktyabr 17:53
 
                    YAP xəbərləri
30 Oktyabr 17:51
 
                    YAP xəbərləri
30 Oktyabr 17:51
 
                    YAP xəbərləri
30 Oktyabr 17:31
 
                    YAP xəbərləri
30 Oktyabr 16:59
 
                    YAP xəbərləri
30 Oktyabr 16:32
 
                    Sosial
30 Oktyabr 15:26
 
                    Sosial
30 Oktyabr 15:08
 
                    Xəbər lenti
30 Oktyabr 14:40
 
                    Elanlar
30 Oktyabr 14:37
 
                    MEDİA
30 Oktyabr 13:57
 
                    Sosial
30 Oktyabr 13:55
 
                    Dünya
30 Oktyabr 13:38
 
                    Gündəm
30 Oktyabr 12:48
 
                    Hadisə
30 Oktyabr 12:14
 
                    İqtisadiyyat
30 Oktyabr 12:14
 
                    İqtisadiyyat
30 Oktyabr 12:14
 
                    İqtisadiyyat
30 Oktyabr 12:12
 
                    Gündəm
30 Oktyabr 11:55
 
                    Siyasət
30 Oktyabr 11:30
 
                    Siyasət
30 Oktyabr 11:16
 
                    Sosial
30 Oktyabr 10:58
 
                    Siyasət
30 Oktyabr 10:30
 
                    Analitik
30 Oktyabr 10:16
 
                    İqtisadiyyat
30 Oktyabr 09:52
 
                    Ədəbiyyat
30 Oktyabr 09:37
 
                    Analitik
30 Oktyabr 09:13
 
                    Sosial
30 Oktyabr 08:59
 
                             
                    
 
                        