Danimarka və İsveç “Quran”ın yandırılmasını qadağan edir?
04.08.2023 [11:50]
GÜLAY
Danimarka və İsveç hökumətləri İslam dininin müqəddəs kitabı olan “Quran”ın və digər dini kitabların kütləvi şəkildə yandırılmasını qadağan etmək və ya məhdudlaşdırmaq barədə müzakirə aparırlar. Bu məsələnin müzakirəyə çıxarılmasının səbəbi hadisə ilə əlaqədar bir sıra müsəlman ölkələrində etiraz aksiyalarının keçirilməsidir. Eyni zamanda, bu kimi etirazlar hər iki dövlət üçün ciddi problemlər yaratmaqdadır.
Xatırladaq ki, İƏT Xarici İşlər Nazirləri Şurasının virtual formatda keçirilən növbədənkənar iclasında da “Qurani-Kərim”in təhqir olunması və yandırılması halları müzakirə olunub. Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev xarici ölkələrdə müqəddəs “Quran”ın yandırılması və təhqir olunması hallarına yol verildiyini, bunun ifadə azadlığı adı altında təqdim olunması kimi məsuliyyətsiz hərəkətlərin qəbuledilməz olduğunu vurğulayıb və müvafiq dövlət qurumlarını islamofobiya ilə mübarizə aparmağa çağırıb.
Qeyd edək ki, son vaxtlarda Avropanın ayrı-ayrı ölkələrində “Quran”ın yandırılması halları artmağa davam edir. Cari ilin mart ayında danimarkalı siyasətçi, ifrat sağçı, İslama qarşı düşmənçiliyi ilə tanınan Rasmus Paludan Kopenhagendəki Türkiyə səfirliyinin önündə “Quran”ı yandırıb. R.Paludan bu bədnam hərəkətini Danimarkanın paytaxtında polisin mühafizəsi altında gerçəkləşdirib.
Sözügedən hadisə baş verdiyi andan etibarən müsəlman ölkələri ciddi narazılıqlarını bildirmiş bu məqsədlə küçələrdə etiraz və aksiyalara start verilmişdi. Bəs İsveç və Danimarkada “Quran”ın yandırılması ilə bağlı qadağa qərarı qüvvəyə minərsə, problemin həll edilməsinə necə təsir göstərəcək? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Anar Əliyev bildirib ki, uzun müddətdir demokratiya, söz azadlığı kimi təqdim etməyə çalışılan, amma müsəlmanların heysiyyatına toxunmaq və mümkün qədər bölgədəki, xüsusilə də, Avropa ölkələrində məskunlaşan müsəlmanların emosional addımlara təhrik edilməsinə hesablanmış hərəkətləri müşahidə edirik: “Buraya müqəddəs kitabların yandırılması, İslam dinində müqəddəs şəxslərin karikaturalarının çəkilməsi, onların təhqir edilməsi kimi və s. hadisələri aid etmək olar. Çox təəssüf ki, Qərb dövlətləri bunu beynəlxalq hüququn prinsipləri və ifadə azadlığı ilə əsaslandırmağa çalışırlar. Amma unudurlar ki, bu gün dünyada demokratiyanın beşiyi kimi özlərini təqdim etməyə çalışan dövlətlər söz azadlığı, fikir müstəqilliyi termini ilə anarxiyanın fərqini bildikləri təqdirdə bunlar arasında heç bir fərq qoymaq istəmirlər. Çünki beynəlxalq hüququn prinsipləri demokratik dəyərlər tələb edir ki, hər hansı bir insanın, cəmiyyətin azadlıq ölçüsü digərinin azadlığının başladığı nöqtədə dayanmalıdır. Əks halda, bu insan haqları deyil, anarxiya göstəricisidir”.
Politoloq deyib: “İslam adı altında fəaliyyət göstərən qüvvələri bu addımlara təhrik edən, məhz “demokratiya”dan bəhs edən Avropa dövlətləridir. Ona görə də hesab edirəm ki, son dövrlər qanuna zidd addımların artmasının qarşısını almaq istiqamətində Qərb dövlətlərində edilən çağırışlar müsbət qarşılanmalıdır. Danimarkanın, eləcə də İsveçin qanunverici orqanlarının “Quran”ın yandırılmasının qadağan edilməsi ilə bağlı məsələlərin müzakirəyə çıxarması müsbət bir hal kimi qiymətləndirilməlidir. Ona görə ki, insan haqları kiminsə inancının, etiqadının təhqir edilməsinə istiqamətlənə bilməz”.
A.Əliyev hesab edir ki, bu çağırışlar qanunvericilik aktlarında əksini tapmalıdır. Onun sözlərinə görə, saxta “erməni soyqırımının” inkar edilməsi Fransa kimi bir dövlətdə cinayət məsuliyyəti daşıdığı halda, müsəlmanların müqəddəs saydıqlarının təhqir edilməsinin qadağan olunması ilə bağlı heç bir məhdudlaşdırıcı addım atılmayıb: “Düşünürəm ki, əsl demokratik imici formalaşdırmaq, onu təmin etmək üçün bu cür addımların atılması zəruridir. Həm Danimarka və İsveç, həm də məhdudiyyətsiz insan hüquqlarını əllərində şüara çevirən digər dövlətlərdə belə məhdudlaşdırıcı addımların atılması vacibdir. Bu qərarlar təbii ki, ayrı-ayrı dini konfessiyalar, dini inanclar arasında qarşılıqlı hörmət və inam mühitinin formalaşmasına xidmət edəcək. Bu, müxtəlif dinlərin daşıyıcıları və millətlər arasında dialoqun inkişafına da ciddi töhfə verə bilər”.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

