Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Paytaxtda dələduzluq və oğurluq edən şəxs saxlanılıb

Paytaxtda dələduzluq və oğurluq edən şəxs saxlanılıb

16.10.2025 [19:31]

Paytaxtın Səbail rayonunda bir nəfərin mobil telefonu dələduzluq yolu ilə ələ keçirilib.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Zərərçəkən polisə müraciət edərək mobil telefonunun aldadılaraq ələ keçirilməsi, daha sonra telefonunda olan banklardan birinə məxsus tətbiqdən 1700 manatının oğurlandını bildirib.

Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən paytaxt sakini, 29 yaşlı E. Feyzullayev müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla saxlanılan şəxsin bundan əvvəl də bir nəfərin 2 min 50 manatını dələduzluq yolu ilə ələ keçirdiyi məlum olub.

Faktlarla bağlı araşdırma aparılır.

Paylaş:
Baxılıb: 172 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31