Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Samuxda Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib

Samuxda Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib

15.04.2026 [12:37]

Aprelin 15-də Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatı və Samux Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, Azərbaycan tibb elminə misilsiz töhfələr bəxş etmiş akademik Zərifə xanım Əliyevanın  vəfatının 41-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

 Öncə Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Giriş  nitqi ilə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Zərifə xanım Əliyevanı peşəkar həkim olmaqla yanaşı, həm də fəal ictimai xadim kimi xarakterizə edib. Həkim peşəsini vicdanla yerinə yetirən oftalmoloq-alimin insanların sağlamlığının qorunmasında, xəstəliklərin qarşısının alınmasında göstərdiyi səylərə toxunaraq onun öz həmvətənlərinin qayğısına qalan humanist insan olduğunu diqqətə çatdırıb.

G.Bayramov qeyd edib ki, ölkədə regional əhəmiyyət kəsb edən göz xəstəliklərinə, o cümlədən, gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, bu xəstəliklərin effektiv müalicə üsullarını və profilaktika tədbirlərini işləyib hazırlamaq istiqamətində Zərifə xanım Əliyevanın fəaliyyəti danılmazdır. Onun effektiv mübarizə üsulları təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyır.

Daha sonra tədbirdə iştirak edən digər natiqlər Elnaz Cəfərova, Şahin Məmmədov, İbrahimli  Elcan  Zərifə xanım Əliyevanı Azərbaycan xalqının sərvəti kimi səciyyələndirərək, onun bütün insani keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaratdığını, əziz xatirəsinin tanınmış həkim, novator alim, eyni zamanda qayğıkeş ana, sədaqətli ömür-gün yoldaşı kimi daim qəlblərdə yaşadığını qeyd ediblər.

Paylaş:
Baxılıb: 323 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30