Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan səfiri etimadnaməsini Filippin Prezidentinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsini Filippin Prezidentinə təqdim edib

15.04.2026 [14:43]

İqamətgahı Cakarta şəhərində olmaqla Azərbaycanın Filippindəki səfiri Ramil Rzayev etimadnaməsini bu ölkənin Prezidenti Ferdinand Romualdez Markosa təqdim edib.

AZƏRTAC xəbər verir ki, “Malacanang” Prezident Sarayında baş tutan mərasimdə səfir Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Filippinin dövlət başçısına çatdırıb. Ferdinand Romualdez Markos öz növbəsində səmimi salamlarının və xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.

Səfir Ramil Rzayev Azərbaycanın Filippin ilə dostluq münasibətlərinə yüksək dəyər verdiyini qeyd edib. Gələn il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümünün qeyd olunacağını vurğulayan diplomat bildirib ki, ticarət, investisiya, təhsil və mədəni mübadilə sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanlar mövcuddur.

Səfir, həmçinin Filippini bu il Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) sədrliyi münasibətilə təbrik edib və ölkəyə regional əməkdaşlığın və rifahın inkişafı istiqamətində uğurlar arzulayıb.

Təqdimetmə mərasimindən sonra Manilada yerləşən Rizal heykəli önündə əklil qoyulub.

Paylaş:
Baxılıb: 138 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30